2 Noyabr 2025, Bazar günü
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Minifutbol

Ərdoğan: "Azərbaycanın Qarabağda qazandığı qələbə ana südü kimi halaldır"

"Azərbaycanlı qardaşlarımızın mübarizəsi nəticəsində bu gün Qarabağ səmalarını, şükürlər olsun ki, əski parçaları deyil, ay-ulduzlu bayraq bəzəyir".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı iqamətgahından Sarıkamış-Karakurt-Horasan yolunun açılış tədbirinə canlı bağlantı zamanı deyib.

“Azərbaycan heç kimin torpağını işğal etməyib. 30 ildir işğal altında olan torpaqlarını azad etdi. Fransa erməniləri bu qədər çox sevirsə, öz torpaqlarından Marseli onlara verə bilər. Azərbaycan bayrağı şəhidlərimizin qəhrəmanlıqlarının timsalı olaraq Dağlıq Qarabağda qürurla dalğalanır. Qarabağda qazanılan qələbə həm beynəlxalq hüquq, həm diplomatik, həm də hərbi baxımdan Azərbaycana anasının südü kimi halaldır. Türkiyə olaraq hər zaman və hər yerdə haqqın, həqiqətin, məzlumun yanında yer almağı, bu istiqamətdə söz söyləməyi və siyasət yürütməyi davam etdirəcəyik”, - Türkiyə lideri bildirib (“Report”).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30