Minifutbol
“Aqil Abbas heç vaxt “Qarabağ”ı qoyub başqa kluba azarkeşlik etməz”
İdman yazarları xəbər bolluğuna düşüblər. Çempionlar Liqasının və Avroliqanın növbəti təsnifat mərhələlərinin oyunları keçirilir. Hər gün yeni bir transfer “bombası” partlayır. Azərbaycan premyer liqasının təzə mövsümü yaxınlaşır.
“525-ci qəzet”in redaktor müavini, tanınmış idman yazarı, “Qol.Az” saytının baş redaktoru Aydın Bağırov dünyanın futbol meydanlarında baş verənləri sürətli təqib edir. Çünki ölkədə ən çox oxunan idman saytlarından birinə rəhbərlik etmək asan məsələ deyil.
Bu arada müsahibimiz yeni mənzilə köçməyin planlarını qurur. Dövlət başçısının sərəncamı ilə jurnalistlər üçün inşa olunan 17 mərtəbəli yaşayış binasında mənzillə mükafatlandırılan həmkarlarımız arasında Aydın Bağırov da var.
- Yeni mənzilin mübarək. Bu şərəfə layiq görülən 156 nəfərdən biri olmaq necə hissdi?
- Təbii ki, çox gözəl bir hissdi. Milli Mətbuat Günündə belə bir qiymətli hədiyyə almaq insana qürur verir. 16 ildir ki, mətbuat aləmindəyəm. Bu illər ərzində kiçik əməyimi qiymətləndirən, şəraitimi nəzərə alan insanların hamısına, xüsusi ilə ölkə başçısına minnətdarlığımı bildirirəm. Bu məsələdə önəmli rol oynamış bir şəxsin adını xüsusi qeyd etmək istəyirəm. Həmin şəxs “525-ci qəzet”in baş reaktoru Rəşad Məciddi. Jurnalistikaya gəldiyim gündən Rəşad Məciddən ancaq diqqət və qayğı görmüşəm. O, bu illər ərzində mənin üçün qiyməti ölçüyə gəlməyən fədakarlıqlar edib. Jurnalistlər üçün tikilən binanın açılışında Rəşad bəyin çıxışı həmin mərasimə xüsusi bir rəng qatdı, həqiqi jurnalistlərin səviyyəsini göstərdi, üzümüzü ağartdı. Rəşad Məciddən ancaq belə çıxış gözləmək olardı. Təəssüf ki, açılış mərasimindən keçən sonrakı günlərdə baş verənlər ovqatımı bir qədər korladı.
- Yəqin ki, Rəşad Məcidin əleyhinə yazılanları nəzərdə tutursan...
- Rəşad Məcidə hücum edənlər çox böyük səhv edirlər. Onların bu ədalətsiz hərəkətləri məndə ikrah doğurur. Rəşad Məcid Azərbaycan mətbuatında önəmli yeri olan biridi. Onun yaratdığı “525-ci qəzet”, bu qəzetin ədəbiyyata, ölkə mediasına bəxş etdiyi imzalar ortadadı. Bu gün Rəşad Məcidə müharibə edənlərin isə sosial şəbəkələrdə paylaşdıqları bir-iki statusdan başqa heç nələri yoxdu. Bir zamanlar Rəşad Məcidin köməyi ilə “525-ci qəzet”in səhifələrində palaz-palaz yazılar dərc edənlərin də bəziləri bu gün ona qarşı başlanan bu ədalətsiz mübarizədə ön cərgədə gedir.
Bizim binanın yaxınlığında jurnalistlər üçün tikiləcək ikinci binanın da təməli qoyuldu. İnşallah 2 ildən sonra bina istifadəyə veriləcək. Bu gün Rəşad Məcidə qarşı hücuma keçənlərdən də bəziləri yəqin ki, o binada mənzil alacaqlar. Qonşu kimi üz-üzə gələndə olar Rəşad bəyin üzünə necə baxacaqlar?
Jurnalistlər üçün inşa edilən ilk binada həyatdan köçmüş 3 həmkarımızın da ailəsinə mənzil verildi. Mən bu humanist addımı çox yüksək qiymətləndirirəm. Çox istərdim ki, növbəti binada mərhum jurnalist, dəyərli insan, istedadlı qələm adamı Adil Qaçayoğlunun da ailəsinə mənzil verilsin. Bütün həmkarlarımızın bu məsələnin reallaşmasına dəstək verəcəklərinə inanıram.
- Yeni qonşularınla tanış ola bilmisən?
- Püşk məni çox gözəl insanlarla qonşu etdi. İş yoldaşım, jurnalist kimi yetişməyimdə əziyyəti olan Yaşar Əliyev qapı qonşum oldu. Bu da yəqin elə Allahın qisməti, tale yazısıdı. 16 illik dostum, “Yeni Müsavat”ın redaktoru Nazim Sabiroğlu, “Space” telekanalının idman şərhçisi dostum Tural Xudiyevlə də qonşuyam. Dünən isə xəbər tutdum ki, dəyərli telejurnalistimiz Emin Abbasovla da qapı qonşusu olmuşam. Binaya köçəndən sonra yəqin ki, digər qonşularımı da yaxından tanıyacam.
- Bilirsən niyə soruşdum? Çılğın futbol azarkeşisən, evdə futbola baxanda səs-küyün qonşulara problem yaratmaz?
- Futbola sakit baxmaq mümkün deyil. Təbii ki, söhbət əsl futboldan gedir. Mənə iki il öncə “Türk telekom” arenada “Qalatasaray”ın oyununa baxmaq nəsib olub. Türk azarkeşlərinin futbola sevgisi məni həmişə heyran edib. Onlar qədər olmasam da hər halda mən də futbola baxanda çox çılğın oluram, sevdiyim komanda qol vuranda həddindən artıq emosional olur, bərk qışqırıram. Bəzən dostlarım bu xüsusiyyətimi görəndə təəccüblənirlər. Azərbaycan millisinin, klublarımızın görüşünü stadiondan canlı izləməyi xoşlayıram. Əcnəbi komandaların oyunlarını isə sakit kafelərdə baxmağı sevirəm. Görürsən də, qonşularımı nəzərə almışam. Bu məsələdə qonşularımla problem olacağını düşünmürəm.
- Millət vəkili, stajlı futbol azarkeşi Aqil Abbas bu günlərdə verdiyi müsahibələrin birində demişdi ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə keçsə, mən həmin kluba azarkeşlik edəcəm. Sənin belə bir planın yoxdu?
- Aqil bəy məncə bu fikri kimlərisə qıcıqlandırmaq üçün deyib. O, Qurban Qurbanovun işini nə qədər bəyənsə də, heç vaxt “Qarabağ”ı qoyub başqa kluba azarkeşlik etməz. Aqil Abbasın “Qarabağ”ı nə qədər sevdiyini, bu kub üçün nələr etdiyini bütün Azərbaycan bilir. Mən də bir qarabağlı kimi bu komandanın sadiq azarkeşlərindənəm. Qurban Qurbanovun Azərbaycan futbolunda gördüyü işləri dəstəkləyirəm. Qurban bəyin şəxsiyyətinə də böyük hörmətim var.
- Bilirəm ki, Aydın Bağırov da Berti Foqtsun Azərbaycan millisindən gedəcəyi günü səbirsizliklə gözləyənlər arasındadı...
- Berti Foqtsun yerinə Qurban Qurbanov təyin olunmayacaqsa alman məşqçinin gedişini arzulamaq bizə heç nə verməyəcək. Tutaq ki, Foqtsu çıxarıb yerinə başqa bir əcnəbi gətirdilər. Azərbaycan futbolu bundan nə qazanacaq? Ona görə də bizim yığmanın baş məşqçisi postuna ən yaxşı namizədim Qurban Qurbanovdu.
- Bu gün az qala bütün dünya “Barselona”dakı baş məşqçi dəyişikliyini müzakirə edir. Səncə Xerardo Martino bu işin öhdəsindən gələ biləcək?
- “Barselona”da elə bir sistem qurulub ki, baş məşqçinin kim olması bəlkə o qədər də önəmli deyil. İndi sözün aşığı, məni Martinolu “Barselona”dan daha çox Qvardiolanın başçılıq edəcəyi “Bavariya”ın taleyi maraqlandırır.
- Deyilənə görə, “Tata” ləqəbli Martino “Barselona”ya Messinin təzyiqi ilə baş məşqçi gətirilib...
- Messi açıqlama verərək bu məsələdə əli olmadığını deyir. Amma məncə Messi bu açıqlamasında səmimi deyil. Bütün böyük klublarda baş məşqçi dəyişikliyi olarkən avtoritet futbolçuların rəyi nəzərə alınır.
Etibar CƏBRAYILOĞLU
“Ədalət” qəzeti
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA Əliyar Ağayevi cəzalandırdı - FOTOFAKT
- “Cəbrayıl”ın tapıntısı: “Daha da yaxşı olmaq üçün dayanmadan çalışıram”
- Fazil Mustafa: “Qarabağ” çempionluğu “Kəpəz”ə uduzanda əldən verdi”
- “Şəfa” darmadağın oldu
- Ehtiram Quliyev od püskürdü: “Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq”
- Vernidub: “Əlimi ürəyimin üstünə qoyub həmin matçları səbirsizliklə gözləyirəm”
- Hamı yaxşı, bircə Əliyar pisdir?
- Sevincin hipertrofiyası
- Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün ən yaxşıları müəyyənləşib
- Rövşən Nəcəf: “Siz AFFA İntizam Komitəsi klubları soyur deyirsiniz, amma...”
- Millimiz Gürcüstana məğlub oldu
- Azərbaycan Basketbol Liqasında pley-in mərhələsi start götürüb
- AFFA prezidenti PFL-in gələcəyi ilə bağlı: “...hər şey mümkündür”
- “Neftçi”nin oyunlarında 5 il əvvəl də VAR yox idi, indi də...
- "Şəki" Azərbaycan Basketbol Liqasında pley-offa yüksəlib
-
19:24
"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirində 185 boksçu mübarizə aparacaq
-
18:57
"Böyük Dəbilqə": Cüdoçularımız ilk gündə medalsız qaldılar
-
18:13
Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib
-
17:49
Avarçəkmə və kanoe üzrə "Prezident Kuboku"nun qalibləri mükafatlandırılıblar
-
17:32
Bakı-Xankəndi velosiped yarışının tanıtım videosu beynəlxalq telekanallarda nümayiş olunur VİDEO
-
17:00
II Liqada hakim təyinatları
-
16:25
Avarçəkənlərimiz "Prezident Kuboku"nu 9 medalla başa vurublar
-
15:58
"Qarabağ" - "Turan Tovuz" oyununu kim idarə edəcək?
-
15:11
AFFA "Qarabağ"ı 8000 manat cərimələdi
-
14:46
"Pezident Kuboku 2026: Azərbaycan komandasından daha bir “qızıl, bir “gümüş”
-
14:34
Elvin və Abbas əvəzedici heyətdə qol vurdu
-
14:07
Şahmatçılarımızın FIDE reytinqindəki mövqeyi açıqlanıb
-
13:23
Emin Mahmudov: “Qarabağ”a qarşı sistemimizi də, düşüncəmizi də dəyişdik”
-
12:55
Millimiz bu dəfə Belarusa qalib gəldi
-
12:19
"İmişli"də yeni müqavilə
-
12:00
Füzulidə FİFA-nın dəstəyi ilə festival keçirilib
-
11:42
"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün yekun vurulacaq
-
11:28
Avropa Kuboku: Bədii gimnastlar çarpaz qarşılaşmalarda mübarizə aparacaqlar
-
10:56
Futzal üzrə Azərbaycan çempionatında rekord nəticə
-
10:31
Millimizin müdafiəçisi finalın bir addımlığında dayandı
-
10:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:47
"Şaxtyor" İngiltərə klubu ilə bacarmadı VİDEO
-
09:23
Cenk Sümer: “Mübarizə “Neftçi”nin qanında var”
-
23:15
"Neftçi" 5 illik həsrətə son qoydu VİDEO
-
22:49
Vernidub: “Bu oyun suyumu çıxardı”
-
22:36
Qurban Qurbanov: “Güclü olduğun halda belə, bəzən çempion olmursan”
-
22:07
"Səbail" 3 xalı 6 qolla qazandı VİDEO
-
21:52
"Neftçi" "Qarabağ"ı məğlub etdi
-
19:28
“Səbail” darmadağına sevindi
-
18:53
Premyer Liqamızda iki oyunun hakimləri açıqlandı
-
18:30
Bakıdakı bu stadiona FİFA sertifikatı verildi
-
17:14
Mahir Məmmədov: “Baku Open” turnirində iştirakçı sayına görə rekord qeydə alınıb”
-
16:41
Cüdoçularımızın rəqibləri rəqibləri müəyyənləşib
-
16:25
“Prezident Kuboku”: Azərbaycan avarçəkənləri günü 4 medalla başa vurublar
-
15:59
Bakı növbəti dəfə beynəlxalq şahmat festivalına ev sahibliyi edir
-
15:02
Atletika üzrə Bakı şəhər yay birinciliyi keçiriləcək
-
14:37
Aqil Nəbiyev: “Perspektivli komandamız var”
-
13:14
Millimiz Pakistana qalib gəldi
-
12:56
İlham Əliyev: "Avropada heç də hamı Azərbaycanın qalib gəlməsinə sevinmir"
-
12:48
İlham Əliyev Azərbaycanın güləş millilərini qəbul etdi FOTOLENT
-
12:21
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb
-
12:00
Yığmamız Belarusa uduzub
-
11:34
ÇL-də həftənin oyunçusu kim olacaq?
-
11:19
"Prezident Kuboku": Bu gün daha 9 mükafat öz sahibini tapacaq
-
10:42
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:27
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:03
Nəriman oynadı, komandası 1/4 finala yüksəldi
-
09:46
"Atletiko" - "Arsenal" matçında heç-heçə VİDEO
-
22:37
“Mingəçevir” - “Zaqatala” matçında 8 qol VİDEO
-
21:42
I Liqada 24-cü tur start götürdü
01.05.2026
30.04.2026
29.04.2026
Arxiv
| May 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | ||||
| 04 | 05 | 06 | 07 | 08 | 09 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |























