9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

Binə stadionunda 100-cü oyun

İyulun 13-də Binə stadionunda Həvəskarlar liqasının “Binə” – “Mingəçevir” oyunu keçirilib. Futbolxeber.az-ın məlumatına görə, bu qarşılaşma Binə stadionu üçün əlamətdar olub. Qeyd olunmuş oyun, fəaliyyətdə olduğu 260 gün ərzində bu arenada keçirilmiş 100-cü qarşılaşmadır (orta hesabla hər 3 gündə 1 oyun). Binə stadionunda təşkil olunmuş ilk oyun 2012-ci il sentyabrın 17-ə təsadüf edib. Həmin gün burada FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 çərçivəsində Kanada və Çin yığma komandaları üz-üzə gəlib.
Xatırladaq ki, Bakının Xəzər rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə AFFA tərəfindən FIFA standartları səviyyəsində tikilmiş bu stadionun 2012-ci il sentyabrın 13-də keçirilmiş açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva iştirak etmişdi.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31