Minifutbol
Oğru idmançılar YAZI
Onlar hər il yüz minlərlə, hətta milyonlarla pul qazanırlar. Bu üzdən yüz minlərlə, hətta milyonlarla insan onlara həsəd aparır. Müasir zamanda bu qədər pul qazanmaq heç də hər idmançıya qismət olmur. Lakin elə idmançılar var ki, qazandıqları milyonlar onlara bəs etməmiş kimi görünürlər. Belə olmasaydı... Dünyada məşhur olan və hər il yüz minlərlə, hətta milyonlarla qazanc götürən, lakin qazandıqları ilə qane olmayaraq, başqalarının əmlakına göz dikən bəzi idmançılardan bəhs edəcəyik. Yəni, oğru idmançılardan.
Naoya Tomita (Üzgüçülük)
Yaponiyalı Naoya Tomita Cənubi Koreyada keçirilən Asiya Oyunlarında özünü əməlli-başlı biabır etdi. 2010-cu ildə qısa məsafədə dünya çempionu olan üzgüçü koreyalı jurnalistin videokamerasını oğurlamaqda günahlandırıldı. Onun suçunu sübut etmək o qədər də çətin olmadı. Oğurluq baş verən məkanda quraşdırılmış təhlükəsizlik kamerasının qeydə aldığı videogörüntülərdə Naoyanın “qəhrəmanlığ"ı açıq-aşkar əks olunmuşdu. Nəticədə o, 1200 dollar cərimələnməklə yanaşı, komandadan uzaqlaşdırıldı. Üstəlik, idmançı 18 aylıq diskvalifikasiyaya da məruz qaldı. Naoya nə qədər çalışsa da, günahsız olduğunu sübut edə bilmədi. Qızın sözlərinə görə, o, oğurluq etməmişdi. Kimsə kameranı qəsdən çantasına qoymuşdu və Nayoa bundan idmançıların istirahət otağında xəbər tutmuşdu. Amma nə fayda?
Cennifer Kaprianti (Tennis)
16 yaşında Barselonada keçirilən Olimpiya Oyunlarında çempion olan Cennifer qısa zamanda ulduz xəstəliyinə tutuldu. Nəticədə “yolunu azan" idmançı tezliklə narkotik maddə aludəçisinə çevrildi. Az sonra isə narkotikin təsiri altında Floridanın ticarət mərkəzlərinin birində oğurluq edərkən ələ keçdi. Həm oğurluq, həm də narkotik maddi saxladığına görə 1994-cü ilin mayında həbs olunan Kaprianti kortlarda bir daha 1996-cı ildə göründü.
Cozef Rendl (Amerika futbolu)
ABŞ Milli Futbol Liqasının 23 yaşlı oyunçusu Cozef Rendl mağazaların birindən tualet suyu və qadın alt paltarı oğurlayarkən ələ keçib. Maraqlıdır ki, ilinə 600 min dollar qazanan idmançının oğurladığı malın dəyəri 50 dollardan çox deyildi. Texas polisi əvvəlcə Cozefi həbs edib. Daha sonra isə girov qarşılığında azadlığa buraxıb. Görünür, məhkəmənin Rendla verdiyi yüngül cəza ona dərs olmayıb. Bu ilin fevralında “Dallas"ın keçmiş üzvü yenidən həbs olunub. Özü də son ilyarımda 5-ci dəfə. Oğurluq “əməliyyatından" sonra daha 3 dəfə müxtəlif ittihamlarla polisə düşən Rendl sonuncu halda narkotik maddə qəbulu, adam döymək və başqasının əmlakına ziyan vurmaq ittihamı ilə həbs edilib.
Bernard Hopkins (Boks)
Peşəkar boksçu, məşhur Bernard Hopkins hələ gənc yaşlarından “az aşın duzu" olmayıb. Bir dəfə o, eyni vaxtda 8 müxtəlif oğurluq hadisəsində ittiham olunaraq tutulub və 18 il həbs cəzasına məhkum edilib. Həbsxanada özünü nümanəvi aparan, idmanla məşğul olan Bernard 5 il sonra vaxtından əvvəl azadlığa buraxılıb. Azadlıqda isə onu parlaq karyera gözləyirdi. Sonralar gəncliyini yada salarkən peşmanlıq hissi keçirdiyini deyən boksçu məhz boksun onun həyatını dəyişdiyini söyləyirdi.
Soni Liston (Boks)
Əfsanəvi Məhəmməd Əlinin əsas rəqiblərindən biri olan Soni Listona polislər qeyri-adi ləqəb vermişdilər - “Sarı paltarlı Bandit B”. Soni tez-tez yaşadığı ərazidə müxtəlif iaşə obyektlərindən oğurluq edirmiş. Bu üzdən bir neçə dəfə həbs olunan boksçu üst-üstə 5 il həbsxana həyatı yaşayıb. Bernard Hopkinsdən fərqli olaraq, nə həbsxana, nə də boks onu dəyişə bilməyib. Azadlığa çıxdıqdan sonra narkotik maddə aludəçisinə çevrilən Soni 1971-ci ildə narkotik maddə qəbul edərkən dozanın artıq olması üzündən həyatını itirib.
Eddi Conson (Basketbol)
Eddi ötən sərin 70-80-ci illərində NBA-nın ən yaxşı basketboçularından biri hesab olunurdu. “Atlanta Houks"un sabiq üzvü basketbol meydançasında xarüqələr yaradırdı. Lakin adi həyatda o, əsl əclaf idi. Təəccüblənməyin, Eddi yüzə yaxın halda qanunu pozmaqla bu ada layiq olduğunu sübut edib. Əvvəlcə o, narkotik aludəçisi olması üzündən parlaq karyerasını məhv etmiş oldu. Ardınca bir neçə dəfə qısa müddətə həbs olundu. Eddinin “fəaliyyət siyahısı"nda oğurluq, adamdöymə, quldurluq və hətta 9 yaşlı qız uşağını zorlama faktı da var. 2008-ci ildə 12 yaşından kiçik uşağı zorlamaqda ittiham olunan və məhkəmə qarşısına çıxarılan Conson ömürlük həbs cəzasına məhkum edilib. Hazırda Santa-Rosa həbsxanasının “sakini"dir.
Roy Ceyms (Avtoidman)
Ötən əsrin 60-cı illərində “Formula-1" pilotu olmuş Roy Ceymsin deyəsən, “xırda" işlərlə arası olmayıb. O, 1963-cü ildə bir qrup cinayətkar tərəfindən sərnişin qatarının qarət edilməsində iştirak edib. Az sonra məlum olub ki, qarətçilər 2,6 milyon funt-sterlinq oğurlayıblar. Cinayət hadisəsinin üstü açılandan sonra hakim müttəhimlərə ağır cəza verib. Ceymsin payına 30 il düşüb. Lakin o, 1975-ci ildə şərti olaraq azadlığa buraxılıb.
İqor Belanov (Futbol)
Sovet futbolunun məşhur simalarından biri, Kiyev “Dinamo"sunun keçmiş hücumçusu, 1986-cı ildə Avropanın ən yaxşı futbolçusu seçilmiş İqor Belanov SSRİ dağıldıqdan sonra karyerasını bir müddət Almaniyada davam etdirib. Bu ölkədə Münhenqladbax “Borussiya"sında oynayan İqor heyətə düşmədiyinə görə Braunşveyq “Ayntraxt"ına satılıb. Məhz “Ayntraxt"da oynadığı vaxt alman mətbuatı onu oğurluqda ittiham edib. Doğrudur, Belanovun günahını sübut etmək mümkün olmayıb. Futbolçu ona qarşı yönələn ittihamı qəbul etməyib və oğurluğu həyat yoldaşının qohumlarının etdiyini bildirib. Hər halda atalar demiş, “adamın adı çıxınca, canı çıxsa yaxşıdır".
Artyom Dzüba (Futbol)
Daha bir oğru futbolçu. Və ya futbolçu oğru. Bəri başdan qeyd edək ki, İqor Belanovda olduğu kimi Artyomun da günahı tam sübut olunmayıb. Hər halda, onun nədə və necə ittiham olunması barədə qısaca məlumat verək. 2009-cu ildə Moskva “Spartak"ı Avstriyada təlim-məşq toplanışında olarkən komandanın futbolçusu Vladimir Bıstrovun 23 min rubl pulu itdiyi məlum olub. Axtarışdan sonra pul Dzübanın cibindən tapılıb. Artyom oğurluq etmədiyini sübut etməyə çalışıb. Onun sözlərinə görə, kimsə qəsdən həmin pulu onun cibinə qoyubmuş. “Spartak" rəhbərliyinin Artyomun sözlərinə inanıb-inanmadığını deyə bilmərik. Məlum olan isə budu ki, rəhbərlik az sonra komandanın əsas hücumçusu olan Dzübanı “Tom"a icarəyə verdi və bunu futbolçular arasında gələcəkdə hansısa konfliktin olmaması üçün etdiklərini bildirdi. Deməli...
Mənbə: “Het-trik news” qəzeti
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
02.11.2026
01.11.2026
























