Minifutbol
Bravo, “CBC Sport”! (QEYD)
Azərbaycan kubokunun finalını “CBC Sport”dan izləyən hər kəs bu yazıda qeyd edəcəyim təriflərin şişirdilmə qeydlər olmadığı ilə razılaşar. Çox çətinliklə nəyisə tərifləyərik - haqqımızda təəssüratınız budur. Ancaq “CBC Sport”un ortaya qoyduğu iş çəkinmədən, ürəkdən tərifləməyə səbəb yaratdı.
“Qarabağ” - “Neftçi” matçından əvvəl, matçın özünü və matçsonrasını dinamik, vizual çəkici formada təqdim etməyi bacaran bu kanala tamaşaçı minnətdarlığımı bildirirəm.
Azərbaycanda belə bir kanala ehtiyac var idi. Onlar arabir bəndənizi də prematça dəvət edirlər. Məsələ budur ki, hər detala diqqətlə yanaşılır. Xeyli əvvəldən bu haqda sənə məlumat verilir, ciddi hazırlaşman və ətraflı fikir bildirmənçün edirlər bunu. Dəvət edəndən sonra sənin qarşılanmanı belə xüsusi diqqətlə həyata keçirirlər. Bunlar peşəkarlıq göstəricisidir və əslində, normalda olmalı, edilməli şeylərdir. Sadəcə, Azərbaycanda belə nüanslarla rastlaşmırıq deyə, görəndə təəccübqarışıq qarşılayırıq.
Bu camiəyə peşəkarlıq rüşeymlərini səpən kanalın fərqliliyi qısa zamanda bacarması da alqışlanasıdır. Hələ 1 ili tamam olmayan bir kanalın bu qədər sürətlə inkişaf eləməsinin səbəbi heyətə seçimlərin şəffaflıq prinsipləriylə aparılmasına görədir.
Doğrudur, kanalda çox yaxın dostlarım çalışır, bunu ətrafımızda demək olar, hamı bilir. Ancaq mənim bundan əvvəl o dostlarımın peşə fəaliyyətini tərifləməyə kifayət qədər arqumentim olsa da, bunu etməmişəm. Bugünkü matçın teleyayımından aldığım zövq, işə yanaşma formaları məni buna yaxşı mənada vadar etdi.
Hər detala incə yanaşılmışdı. Hiss olunrdu ki, bugünkü işə jurnalist yanaşması var, işbaz, müdür, kabinet beyninin məhsulu deyil.
Matça aid iqlim yüksək səviyyədə yarada bilmişdilər. Hər iki tərəfin düşərgəsindən kadrlar hazırlanmışdı. Bu cür yayım, inanın, tez bir zamanda stadionların dolmasına səbəb olacaq.
Hələ ölkə çempionatının oyunlarında prematç yanaşmasının tətbiqini çox müsbət qarşılamışdım. Bu, müasir standartların ən vacib tələbidir. İnteraktivliyi artıran və dinamika yaradan məqamdır. Oyuna TV-dən baxan tamaşaçı özünü matçın içində hiss edir. Növbəti dəfələrin birində mütləq özü də hadisələrin içində olmaq istəyəcək və stadiona gedəcək.
Bu və başqa çox sayda incə detallar var ki, onların cəmini final matçının kanaldakı təqdimatında gördük. Çox xırda nöqsanları çıxsaq, “CBC Sport”un ümumi fəaliyyətindəki artan inkişaf özünü bu matçın yayımında hərtərəfli göstərdi. 1 ili tamam olmamış kanalın bu cür performansı davamlı olsa, yaxşı gələcək vəd edir.
ELÇİN, Futbolpress.az
P.S. Müqayisəsiz iş olmaz ki. Odur ki, gəlin, müqayisə edək. “İdman Azərbayca”a nəzər yetirək. Yaranandan bu yana bu kanalın Azərbaycan çempionatının yayımını yadınıza salın. Quru-quru qurbağa misalı... Nə analitik verilişlər keyfiyyətli olurdu, nə müstəqil ekspert fikirləri öyrənilirdi, nə matçətrafı interaktivlik anlayışı var idi. Öz qapanıq, kiçik dairəsində var–gəl edən bu kanal idman ictimaiyyətinə də, idman izləyicisinə də yad kimi idi. “CBC Sport” yaranandan Azərbaycan çempionatı və kubokunun yayım hüququnu alıb. Belədə “İdman Azərbaycan”ın fərqli yanaşmalarla, layihələrlə rəqabətə girəcəyini gözləyirdik. Yanıldıq. Bu kanal küsmüş kimi – kənara çəkilib, ümumiyyətlə, “yola verir”. Halbuki dövlət büdcəsindən bu kanalın fəaliyyətinə çox yüksək məbləğdə pul ayrılır. Ancaq nə keyfiyyətli verilişlər var, nə ciddi müzakirələr, polemikalar, nə debatlar, nə maraqlı çempionatların yayımı, nə.. nə... nə vaxta kimi?
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- II turun hakim təyinatları açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
- "Qəbələ" və "Şamaxı"dan qələbə
-
00:42
“Fənərbaxça” səfərdə xal itirdi VİDEO
-
20:39
Azərbaycan millisi Moldovaya məğlub oldu
-
19:47
Elvin Camalov “Neftçi”dən getdi
-
18:20
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
-
17:51
Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırıb
-
17:16
Boks üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
-
17:03
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
-
16:42
Azərbaycan voleybolçuları U-22 Avropa çempionatında mübarizə aparıblar
-
16:34
Cenk Sümer: “O, bu imzanı yalnız kağıza deyil, həm də qəlblərə atdı!”
-
16:25
“Neftçi” Emil Səfərovla yeni müqavilə imzaladı
-
15:58
"Gəncə"də yeni müqavilə
-
15:37
“Araz-Naxçıvan”ın oyunlarının keçiriləcəyi məkan dəqiqləşib
-
15:19
Hidayət Heydərovun dünya çempionatında iştirakı məşqçilərin qərarından asılı olacaq
-
15:00
Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
-
14:26
"Naxçıvan"dan yeni transfer
-
13:51
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
-
13:33
PSJ "Brest"dən üstün oldu VİDEO
-
13:02
"İmişli"dən "Şəfa"ya
-
12:44
Keyn "Bavariya"ya qələbə qazandırdı VİDEO
-
12:25
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
-
11:58
"Napoli" "Bolonya"ya qalib gəldi VİDEO
-
11:39
Boksçularımız Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
-
11:17
"Yuventus" uduzdu VİDEO
-
11:00
Varkonyi: “Tək “Sabah” yox, “Zirə” və “Neftçi”ni də unutmaq olmaz”
-
10:46
Derbini "Mançester Siti" qazandı VİDEO
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:53
"Barselona" səfərdə qalib gəldi VİDEO
-
09:31
Toral oynadı, "Bursaspor" xal itirdi
-
09:14
"Qalatasaray"dan çətin qələbə VİDEO
-
23:37
Renat Dadaşov Ukraynada debüt etdi
-
23:23
Zirədə qalib aşkarlanmadı VİDEO
-
22:00
Qurban Qurbanov: “Hər iki komanda 1 xala layiq idi”
-
21:18
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçında heç-heçə VİDEO
-
20:56
"Qarabağ" məğlubiyyətdən qaçdı
-
20:35
“Turan Tovuz”dan etiraz: “Təzyiqlərlə üzləşirik
-
19:22
Kurban Berdiyev: “VAR-a gedəndə başqa qərar gözləyirdim”
-
18:54
Gimnastlarımız dünya çempionatında gümüş medal qazanıblar
-
15:01
"Atalanta"dan gözlənilməz məğlubiyyət VİDEO
-
14:47
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir
-
13:33
"Borussiya" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:59
Messi qol vurdu, zirvəni ələ keçirdi
-
12:28
"Trabzonspor" yenə uduzdu VİDEO
-
12:00
“Sumqayıt”ın yeni transferi: “Azərbaycan Premyer Liqası çox çətin çempionatdır”
-
11:46
"Arsenal" istəyinə ikinci hissədə çatdı VİDEO
-
11:15
“Neftçi” Türkiyədə klubları ilə bacarmadı
-
10:52
"Latsio" - "Milan" matçında 4 qol VİDEO
-
10:34
Günün canlı yayımlanacaq matçları - TV
-
10:21
"Çelsi" "Hall Siti" ilə bacarmadı VİDEO
-
10:07
Ozan Canın komandasından heç-heçə
-
09:43
"Real"ın qələbəsi VİDEO
15.09.2026
14.09.2026
13.09.2026
























