6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Minifutbol

Dünya şahmatının ulduzları Şəmkirdə futbol oynadılar

Synergy Group tərəfindən təşkil edilən ShamkirChess2015 turnirinin iştirakçıları istirahət günündə futbol turnirində gücünü sınayıb. Futbolxeber.az-ın məlumatına görə, ilk yarımfinal görüşündə Azərbaycan jurnalistləri yerli şahmatçılardan ibarət komandanı 5:1 hesabıyla məğlub edib. Finala vəsiqə uğrunda digər görüşdə dünya şahmatçılarından ibarət kollektiv "Shamkir Kapital Group"a 1:7 hesabıyla uduzub.

3-cü yer uğrunda görüşdə dünya şahmatçıları 3:1 hesablı qələbə qazanıb. Bu görüşdə uduzan Azərbaycan şahmatçıları 4-cü yeri tutub. Finalda "Shamkir Kapital Group" Azərbaycan jurnalistlərinə 4:2 hesabla qalib gələrək turnirin əsas mükafatına sahib çıxıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31