2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”

“Milli komandaların oyunlarına görə yaranmış fasilədə 3 yoldaşlıq oyunu keçirmişik. Bu görüşlərdə çempionatda daha az oynayan futbolçulara şans verdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Sport24.az-a açıqlamasında "Şahdağ Qusar"ın baş məşqçi Füzuli Məmmədov deyib.

Təcrübəli mütəxəssis fasilə zamanı keçirdikləri yoxlama görüşləri və qarşıdakı "Zaqatala" matçı ilə bağlı fikirlərini bölüşüb:

"Mənim üçün futbolçunun meydanda göstərdiyi əzmkarlıq və verilən tapşırıqları yerinə yetirməsi çox önəmlidir. Belə oyunlar həm onların hazırkı vəziyyətini görmək, həm də komandada rəqabəti artırmaq baxımından faydalıdır. Fasilədən sonra "Zaqatala" ilə qarşılaşmamız var. Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Bir komanda çempionluğa oynayırsa, hər matçda qalib gəlməlidir. Bütün oyunlara eyni məsuliyyətlə yanaşmalıyıq. Bizim üçün hər qarşılaşma vacibdir. Futbolçularım çox məsuliyyətlidirlər. İnanıram ki, "Zaqatala" ilə oyunda da bunu meydanda göstərəcəklər".

Qeyd edək ki, "Şahdağ Qusar" 3 turdan sonra 9 xalla I Liqada liderdir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31