Minifutbol
“Karlseni "Real" hesab etsək, onda Karuana "Bavariya"dır"
Hazırda şahmat aləminin ən yaxşı məşqçisi sayılan, İtaliya şahmatçısı Fabiano Karuana və Azərbaycan şahmatçısı Teymur Rəcəbovla işləyən Vladimir Çuçelov jurnalistlərin suallarına cavab verib.
- Sizi Bakıda keçirilən Qran-Pri turnirində görmək çox xoşdur. Turnirlə bağlı fikirlərinizi bilmək maraqlıdır...
- Bakı hər zaman yüksək təşkilatçılığıyla seçilib. Qran-Prinin Bakıda start götürməsi məni çox sevindirdi. Gözəl şəhərdə şahmat oynamaq hər zaman ürəyimizcədir. Açılışdan sonra turnirin yüksək səviyyədə keçiriləcəyinə əmin olduq. Bakının gözəlliyinə valeh olmuşam. Hələlik yalnız dənizkənarı bulvarda gəzmişəm. Ora həm yaxındır, həm gözəldir. Karuana ilə birgə axşamlar orada gəzişmədən otağımıza getmirik.
- Fabiano Karuananı siz hazırlaşdırırsınız. Bu şahmatçı artıq indidən dünya çempionluğuna əsas namizədlərdən sayılır...
- Karuana şahmatı çox sevir. Hazırda biz onunla turnirlərə hazırlaşırıq. Yəni yarış zamanı məhz iştirak etdiyi turnirlə bağlı işləyirik. Çempionluq barədə düşünmürük. Bu çox uzun yoldur. Gərək Qran-Pridə qələbə qazanasan, sonra iddiaçılar turnirində birinci yeri tutasan. Yalnız sonradan dünya çempionuyla oynamaq imkanı qazanırsan. Biz bu hədəfə doğru mərhələli şəkildə çalışırıq.
- Yəqin, Karlsen də başa düşür ki, ona qarşı güclü rəqib gəlir....
- (gülür) 2 il əvvəl Karuana ilə işləməyə başlamışam. Bir müddətdən sonra Fabiano FİDE reytinqində ilk onluğa daxil oldu. Bu münasibətlə hətta Karlsen məni təbrik etdi. Dedi ki, Karuana onluğa daxil oldu və bu münasibətlə sizi təbrik edirəm. Ondan sonra Karlsen daha bizi təbrik etməyib. Hazırda Karlsen dünya reytinqində 1-ci, Karuana isə 2-ci-dir.
- Karuananın Qran-Pridə ilk üç turda çıxışını necə qiymətləndirirsiniz?
- Hər şey normaldı. Təəssüf ki, iki partiyada qələbə qazana bilərdi, amma şansını boşa verdi. Üstünlüyü sona qədər saxlamadı. Hətta Nakamurayla partiyada üstünlüyü kifayət qədər nəzərə çarpırdı. Sadəcə bir qədər səhvə yol verdi. Bununla belə hər şey hələ qarşıdadır. Fikrimcə şanslarımız azalmayıb. Müəyyən mənada diqqətsizlik bu işdə özünü göstərdi.
- Karuananın hər yarışda favorit sayılması işinizi çətinləşdirmirki? Hər halda Karlsen olmayan turnirlərdə əsas diqqətə ona yönəlir....
- Fabiano reytinqə əsasən favorit sayılır. Bununla yanaşı gərək şahmatçı ümidləri doğrultmağı bacarmalıdır. Karlsen olan yarışlarda hər ikisi diqqət mərkəzində olur. Əgər futbolla müqayisə etsək, Karlsen "Real"dısa, onda Karuana "Bavariya"dır. Hər bir turnirdə Fabiano mükafatçılar sırasında olmaq istəyir.
- Onun turnirlər zamanı xüsusi istəkləri çox olur?
- Fabianonun xüsusi istəyi olmur. Sadəcə internetin olması vacibdir. Bir də hovuzda üzməyi xoşlayır. Hazırda turnirdə gərgin oyunlar olduğu üçün hovuzdan istifadə etmək mümkün olmayıb.
- Teymur Rəcəbovla nə vaxtdan çalışırsınız?
- Təxminən 7 ay əvvəl biz onunla işləmək barədə razılıq əldə etdik. Rəcəbov dünya səviyyəli şahmatçılardan biridir. Uzun müddətdir, planetin ən yaxşı qrossmeysterləri sırasına daxildir. Londonda keçirilən iddiaçılar turnirindən sonra bir qədər oyunu alınmırdı. Biz bu sahədə işləyirik. Fikrimcə Rəcəbovun potensialı yüksəkdir. O. tez bir zamanda karyerasının yüksəlişi dövrünə qayıdacaq. Teymur əvvəlki kimi gözəl qələbələrlə onu sevənləri sevindirəcək. Biz bu istiqamətdə işləyirik.
- Azərbaycan şahmatçıları uzun müddətdir, şahmat tacını Bakıya qaytarmaq istəyir. Şahmatçılarımızın bu arzusunun reallaşması üçün nə lazımdır?
- Ölkənizdə Məmmədyarov və Rəcəbov kimi güclü şahmatçılar var. Hər ikisi uzun müddətdir güclü turnirlərdə iştirak edir. Azərbaycan yığmasında iki dəfə Avropa çempionu olublar. Sadəcə dünya çempionluğu üçün xüsusi hazırlaşmaq vacibdir. Üstəlik gərək çox şeyi qurban verməyi bacarasan. Bir neçə il ancaq şahmatla yaşayasan. Həm Məmmədyarov, həm Rəcəbov bir neçə dəfə iddiaçılar turnirində iştirak ediblər. Yeni mövsümdə də onlar yenidən iddialarını nümayiş etdirə bilər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
03.11.2026
02.11.2026
01.11.2026
























