9 May 2025, Cümə
AFFA bu klublara lisenziya verdi
34-cü turun hakim təyinatları
II Liqada 24-cü tura yekun vurulub
Mahir Emreli "Nürnberq"dən ayrılır

Minifutbol

“Sumqayıt”ın məşqində Vətən müharibəsi şəhidləri anılıb

Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində səfərdə “Qarabağ”la qarşılaşacaq “Sumqayıt” oyun üçün hazırlıqlarını davam etdirir.
 
Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, bu gün “Kapital Bank Arena”nın ehtiyat meydançasında baş tutan məşqdən öncə baş məşqçi Samir Abasov tərəfindən futbolçulara 27 sentyabr – Anım günü və Vətən müharibəsi haqqında məlumatlar verilib.
 
Təxminən 1,5 saat davam edən məşq prosesində əvvəlcə fiziki gücün artırılması yönündə hərəkətlər, daha sonra isə müxtəlif toplu çalışmalar icra olunub.
 
Qeyd edək ki, “Qarabağ” - “Sumqayıt” qarşılaşması sentyabrın 29-da “Azersun Arena”da keçiriləcək. Saat 20:00-da start veriləcək qarşılaşma “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31