12 May 2025, Bazar ertəsi
Qurban Qurbanovdan qələbə şərhi
“Kəpəz” və “Qarabağ” qalib gəldi
Millimiz darmadağın oldu
“Neftçi” və "Zirə" qələbə qazandı

Minifutbol

FIFA və UEFA-dan azərbaycanlı futbolçunun vəfatı ilə bağlı başsağlığı

FIFA və UEFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və “Qarabağ” klubunun əvəzedici komandasının üzvü Şirxan Həsənzadənin vaxtsız vəfatı ilə əlaqədar başsağlığı veriblər.
 
Futbolxeber.az saytının məlumatına görə, hər iki qurum tərəfindən AFFA-ya müvafiq məktub ünvanlanıb.
 
FIFA-nın prezidenti Canni İnfantino və UEFA-nın baş katibi Teodor Teodoridisin imzaladığı məktublarda futbolçunun ailəsinə, AFFA-ya, millidə və klubda onunla birgə çıxış etmiş komanda yoldaşlarına təşkilatlar adından başsağlığı verilib.
 
Qeyd edək ki, Şirxan Həsənzadə mayın 8-də vəfat edib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31