5 Iyun 2026, Cümə
"Qəbələ" kapitanı ilə vidalaşdı
Yankoviç "Qarabağ"da qalır?
AVRO-2006: Millimiz final oyununa çıxır
Addaidən “Qarabağ” paylaşımı

Ölkə futbolu

Rednik “Kəpəz”ə gəlişini təsdiqlədi: “Azərbaycanlılar maliyyə baxımından məni razı saldılar”

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik yenidən Azərbaycanda çalışa biləcəyini təsdiqləyib.

Futbolxeber.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis "Prosport" nəşrinə açıqlamasında "Kəpəz"lə razılıq əldə etdiyini bildirib.

63 yaşlı mütəxəssis Gəncə klubunun irəli sürdüyü maliyyə şərtlərini bəyəndiyini söyləyib: “Azərbaycanlılar maliyyə baxımından məni razı saldılar. Amma biz hələ mövsümün sonunu gözləyirik”.

Xatırladaq ki, Mirça Rednik 2010-2011-ci illərdə “Xəzər Lənkəran”ı çalışdırıb. O, Azərbaycan kubokunun qalibi olub.

Əlavə edək ki, Mirça Rednikin “Kəpəz”in yeni baş məşqçisi olacağını ilk dəfə aprelin ayının əvvəlində Futbolxeber.az yazmışdı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30