3 Avqust 2026, Bazar ertəsi
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı

Ölkə futbolu

Berdıyev: “Azarkeşləri sevirdirə bilmədiyimiz üçün utanırıq”

“Neftçi” qələbəyə layiq idi. Müdafiədəki kobud səhvlərimizdən istifadə etdilər”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 34-cü turunda “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:

- Bu mövsüm "Neftçi" məğlub edə bilmədiyiniz yeganə komanda oldu. Bu haqda nə deyə bilərsiniz?

- "Neftçi" seçilmiş futbolçulardan ibarət olan komandadır.

- 4-cü yeri itirmək təhlükəsini hiss etmirsiniz?

- Xeyr. Güman edirəm ki, itirməyəcəyik. Amma azarkeşləri sevirdirə bilmədiyimiz üçün utanırıq.

- Hakim idarəçiliyi sizi qane etdi?

- Bu suala cavab verməyim. Artıq çox şeyi başa düşə bilmirəm.

- Bu heyət avrokuboklar üçün yetərlidir?

- Yox.

- Heyət nə qədər dəyişməlidir ki, avrokuboklar üçün yetərli olsun?

- Bu haqda mən nəsə deyə bilmərəm. Qərarı klubun prezidenti verir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31