18 Mart 2026, Çərşənbə
“Araz-Naxçıvan”dan vacib qələbə
Ayın qolunun müəllifi mükafatlandırıldı
25-ci turun hakim təyinatları
"Neftçi" 89 yaşında!

Minifutbol

Bakıdakı dünya çempionatının açılışında Aygün Kazımova və Aleyna Tilki oxuyacaq

Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının biletləri satışa çıxarılıb.

Futbolxeber.az saytının Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dünya çempionatının açılış mərasiminin və oyunlarının biletlərini iticket.az saytından və şəhərin kassalarından əldə etmək mümkündür. Mundiala günlük biletlərin qiyməti 10-50 manat aralığındadır. Bilet əldə edən azarkeşlər Milli Gimnastika Arenasındakı çempionatın gün ərzində keçiriləcək bütün oyunlarını izləmək imkanı qazanacaq.

Mayın 21-də DÇ-2025-in rəsmi açılış mərasimi keçiriləcək. Tədbirdə heyrətamiz lazer və mappinq şoular təşkil ediləcək. Xalq artisti Aygün Kazımova və Türkiyə estradasının ulduzu Aleyna Tilki öz mahnı və çıxışları ilə qonaqları əyləndirəcəklər.

Qeyd edək ki, mayın 21-də təşkil olunacaq açılış mərasimi saat 21:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31