Ölkə futbolu
Rəşad Sadıqov: “O, Azərbaycan futbolunun düşmənidir”
“Səbail” yaxaladığı qol epizodlarını dəyərləndirməkdə çətinlik çəkir. Bu oyunda da, həmçinin. Düşünürəm ki, bu da Premyer Liqadan düşməklərinin əsas səbəblərindən oldu. Ümid edirəm ki, ruhdan düşməzlər. "Qəbələ" kimi böyük peşəkarlıq göstərib, Premyer Liqaya dönəcəklər. Neçə illərdir futbolumuza rəng qatırdılar. Futbolçularımı təbrik edirəm. Bugünkü oyuna köklənmək asan deyildi. Keçən tur əsas məqsədimizə nail olmuşduq. Amma futbolçularla danışığımız olub. Bu gün onlar danışıqları düzgün təhlil edib, peşəkarlıq göstərdilər. Əsas məqsəd avrokuboklara hazırlıqdır. Bizim üçün avrokubokların hazırlığının ilk hissəsi olacaq. Qapımızda təhlükəli epizodlar oldu. Top itkilərinə yol verdik. Futbolçular intizamlı idilər. Hər bir komanda bizim üçün doğmadır. Bizi qarşıda son 2 oyun gözləyir".
Futbolxeber.az saytının məlumatımna görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 34-cü turunda "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- İndiyə qədər 70 xal yığmısınız. Bu, “Zirə”nin tarixində rekord göstəricidir? Demək olar ki, uğurlu nəticənin düsturunu tapmısınız?
- Keçən il də uğurlu nəticə olmuşdu. Bizim üçün xal yox, nəticənin uğurlu olması vacibdir. Keçən illə müqayisədə bu mövsüm daha yaxşı idik, uğurlu nəticələr oldu. İstəyərdik ki, çox xalımız, qələbələrimiz olsun. Xalın nə qədər olması yox, uğurlu nəticə vacibdir.
- Bu mövsümkü "Zirə" əvvəlkindən fərqlənir. Daha rənganərəng oynayır. İllər ərzində inkişaf mərhələsini keçib zirəvəyə çatdınız, yoxsa bu mövsüm istədiyiniz komanda var idi əlinizin altında?
- Futbolda bəzi təhlillərlə razı deyiləm. Onu da tam ortaya çıxarmaq üçün saatlarla zaman lazımdır. Mətbuat konfransı kifayət etməyəcək. Bizdə 90 dəqiqə necə bitib, ona baxılır və şərhlər başlayır. Birinci ildə həmin məqam üçün, həmin heyət üçün, qısa zaman üçün əla nəticə idi, 4-cü olduq. Kimlərsə unudub, mən unutmamışam, hakim səhvləri çox idi. Kuboku qazana da bilərdik. "Sumqayıt"la qarşılaşacaqdıq. 5 ili ümumi təhlil etsəm, hər ilin özünə görə yeri olub. 5-ci yeri tutduğumuz il uğursuz olub. Bu il demək olar ki, çox nadir hallarda hakim səhvləri olurdu. Keçən il demişdim ki, düzələcək. İki dəfə finalda oynamışıq, hər ikisində də şansımız olub ki, qalib gələk. Hər dönəmin özünə görə uğurlu "Zirə"si olub. Səhvlərimiz də olub. Ümumi təhlil etsək, bir mövsümü uğursuz hesab etmək olar. Onda da 5-ci yeri tutmuşduq, 4-cü yerlə eyni xalda idik. Hər şeyi dərin təhlil etmək lazımdır. Bəzi futbolçuların adları qabardılır, o futbolçu, bu futbolçu. Yaxşı olardı ki, o futbolçuların "Zirə"yə gəldiyi vaxtdakı durumu təhlil olunsun. Əslində bu şeylərin içində böyüyən biriyəm. Demək ki, ən uğurlu "Zirə" budur. Hər dönəmin öz "Zirə"si olub. Legioner limiti ləğv olunub, rəqiblərin hamısı bundan səmərəli istifadə edəcəklər. Bu sezon da uğursuz dönəm oldu, amma azarkeşlər yanımızda olub. Bu gün hər şey yaxşı alındı deyə, danışmaq rahatdır. Hər nəticəyə hazır olmalıyıq. Hər nəticə zamanı da duruşumuzu itirməməliyik.
- Yeni mövsümdə də süni örtüklü meydançaları olan Premyer Liqa klubları olacaq. "Karvan" və "İmişli"nin süni örtüklü meydançada oynayacağı gözlənilir...
- Bu da aktual mövzudur. Çünki bəzi komandalarımız yaxşı, iddialı transferlər edirlər. Bizi sevindirir. Onların da yaxşı performans göstərməsi üçün şərtdir ki, meydanaça şəraiti yaxşı olsun. Tribuna, stadion bir-birini tamamlayır. Süni örtüklü meydanalar azalmalıdır. "Kəpəz"in meydançası var, "Turan Tovuz" təbii örtüyə keçə bilər. Süni örtüklü meydançaları futbolumuzdan yox etməliyik. İstər əsas komandalar, istər akademiyalar süni örtükdən çıxmalıdır. Futbolumuzun inkişafına mane olur. Usta futbolçular süni örtüklü meydançada ehtiyat edirlər. Təbii olaraq belədir. Bizim özümüzdə Yusuf Laval ustalığını bilirik, Portuqaliyadan gətirmişik. Əzələ əməliyyatı ilə qarşılaşdıq. "Turan Tovuz"da Denis Marandiçinin zədəsi. Növbəti dəfə qorxa-qorxa oynayırlar. Bunu birlikdə həll etməliyik. Hamısına vəsait lazımdır. AFFA bu yöndə işlər görür, istəyir ki, bütün komandalar təbii örtüklüdə çıxış etsin. İnanıram ki, yaxın illərdə süni örtükdən qurtulacağıq.
- "Qarabağ"dan sonra ən çox qol vuran komanda "Zirə"dir. Bu mövsüm özünüzü necə tənqid edərdiniz?
- Həmişə təhlil edirik. Qələbə qazananda da axtarırıq ki, hansı dəqiqədə nəyi düzgün etmədik. Avrokuboklarda 2-3 uğurlu çıxışdan sonra komandada eniş yaşandı. Məni narahat edən o idi ki, eniş nə ilə bağlıdır. Komanda mübarizə aparırdı. Amma mental hazırlıqda eniş var idi. O mərhələni keçdik. Amma onu təhlil edirik. Əvvəlki illərdə qış fasləsindən sonra komandada eniş olurdu. Bu dəfə bəzi məqamlara diqqət yetirdik ki, eniş olmasın. Təhlillərin, məşqlərin sayını artırdıq. İkinci yeri tutmağımızda həlledici məqam 3-cü dövrəni uğurlu keçirməyimiz oldu. Uğurlu olursansa, rəqiblərə də təsir edir. 3-cü və 4-cü dövrədə bəzi matçlara uğursuz başlayırdıq.
- Tyaqo Silvanın durumu necədir? Aydın Bayramovun daha çox şans qazanması, onun psixoloji durumuna nə yöndə təsir edir?
- Tyaqonun psixoloji durumunda eniş var. Onunla təklikdə görüşlərimiz çox olub. Hər zaman demişik ki, "1 nömrəli" qapıçımız sənsən. Bu gün onu oynatmaq istəyirəm, amma yerli məsələsi var. Çox istəyərdik ki, növbəti matçlarda qapıda Tyaqo dayansın. O, bizim üçün dəyərlidir. Bəzən elə vəziyyətlər yaranır, istəmədən qərarlar verirsən. Amma Aydını da qazandıq. 30 uğurlu oyun keçirib. Biri var 7-8-ci yerlərdə olan komandadasan. Biri də var, 2-ci yeri tutan komandada qapıda dayanırsan. Növbəti mövsümdə sağlam rəqabət olacaq. Hər bir mövqedə rəqabət var. Hansısa oyunçuda eniş varsa, dərhal həmlə edirik. Bizim üçün komandada əvəzolunmaz futbolçu yoxdur. Futbolçularımız qəbul edir, anlayır. Ən yaxşısını edirlər. Ola bilər ki, bu gün formada deyilsən, yerinə başqa oyunçu oynayacaq.
- Çempionlar Liqasının yarımfinal matçlarından sonra bu deyim zarafat çevrilib ki, finalda gürcü, rus, erməni, türk, iranlı oynayır, yəni Azərbaycanla qonşu olan dövlətlərin hamısı finalda təmsil olunur, biz isə yoxuq. Bizim ömrümüz yetəcək ki, nə vaxtsa bir azərbaycanlını ÇL-in finalında görək?
-Yetəcək. Amma işlər qaydasında getsə. Bu gün onların finalda olub, bizim olmamağımız buraxdığımız müəyyən səhvlərin nəticəsidir. O yaş dönəmində vaxt olub ki, hamı ilə başabaş mübarizə aparmışıq. Onlar ÇL-in finalında oynayır, biz Azərbaycandan kənara çıxa bilmirik. Kim deyirsə ki, futbolçu yoxdur bizdə, o, Azərbaycan futbolunun düşmənidir. Bizdə hər zaman futbolçu olub. Yetişdirib, onları inkişaf etdirmək lazımdır. Biz qollarımızı çırmalasaq, hamı öz işi ilə düzgün məşğul olsa, illər sonra bizim futbolçularımız da Avropada çıxış edəcək. Aşağı yaş qruplarından başlamalıyıq, düzgün işlər görməliyik. Xəyal Əliyev ("Sabah") çıxdı da Azərbaycan futbolundan. İstedadlı oyunçularımız Gürcüstan və Ermənsitandakından daha çoxdur.
- Düzgün inkişaf nədir?
- Uzun məsələdir. Aşağı yaş qruplarından başlamalıyıq. Məşqçilər, uşaqlar, məşqçilərə yaradılan şərait. Cürbəcür yolları var inkişafın. AFFA rəhbərliyi o yöndə işlər görür. Yaxın günlərdə o işlərin icrası başlayacaq. 6-7 il sonra bəhrəsini görəcəyik. Heyif bizim istedadlı oyunçularımızdan. Son 10 ildə 50 istedadlı oyunçu olub, Avropada oynamağa layiq idilər. Amma bəzi işlər doğru görülmədi.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA Əliyar Ağayevi cəzalandırdı - FOTOFAKT
- “Cəbrayıl”ın tapıntısı: “Daha da yaxşı olmaq üçün dayanmadan çalışıram”
- Fazil Mustafa: “Qarabağ” çempionluğu “Kəpəz”ə uduzanda əldən verdi”
- Vernidub: “Əlimi ürəyimin üstünə qoyub həmin matçları səbirsizliklə gözləyirəm”
- Hamı yaxşı, bircə Əliyar pisdir?
- Millimiz Gürcüstana məğlub oldu
- “Neftçi”nin oyunlarında 5 il əvvəl də VAR yox idi, indi də...
- Kölgədə qalmaq
- İfeanyi Metyu: “Bu gərgin qrafikdə azarkeşlərin dəstəyinə çox ehtiyacımız var”
- "Şəki" Azərbaycan Basketbol Liqasında pley-offa yüksəlib
- Etirazın cəzası məlum oldu - 15 min manat
- PSJ "Liverpul"u məğlub etdi
- “Ayın qolu” layihəsində mart ayının qalibləri müəyyənləşib
- Vensan Abubakar: “Qarşıdakı hər matç "Neftçi" üçün finaldır”
- “Neftçi”nin hədəfi qarşıdakı 4 oyunun 4-də də qalib gəlməkdir”
-
16:00
Emil Balayev: “Neftçi” azarkeşləri həqiqətən də tribuna cədvəlinin liderləridirlər”
-
15:44
PSJ qələbəni əldən verdi VİDEO
-
15:21
"Şalke" Bundesliqaya qayıtdı
-
15:09
"Barselona" sonda sevindi VİDEO
-
14:53
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
14:35
"Napoli"dən xal itkisi VİDEO
-
14:18
Millimizin müdafiəçisi darmadağına sevindi
-
14:00
"Atalanta" öz meydanında büdrədi VİDEO
-
13:47
Zamiqin komandasından ardıcıl dördüncü məğlubiyyət
-
13:22
"Bayer Leverkuzen"dən 4 qollu qələbə VİDEO
-
13:06
Renat xilaskar ola bilmədi
-
12:54
"Bavariya" 100-cü dəqiqədə məğlubiyyətdən qaçdı VİDEO
-
12:31
Mahirsiz “Kayzerslautern”dən növbəti məğlubiyyət
-
12:19
"Arsenal" ilk hissədə istəyinə çatdı VİDEO
-
11:43
Polşa kubokunun qalibi müəyyənləşdi
-
11:25
"Ayaks" - PSV matçında 4 qol VİDEO
-
11:08
Vüsal İsgəndərli üçün 79 dəqiqə
-
10:54
"Trabzonspor" azlıqda məğlubiyyətdən qaçdı VİDEO
-
10:32
Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
-
10:17
Taliskanın het-triki VİDEO
-
10:00
Patrik Andrade: “Problem zəif oyunumuzdadır”
-
09:46
"Qalatasaray" Samsunda böyük hesabla uduzdu VİDEO
-
21:29
"Sumqayıt"dan hakimlərə etiraz
-
21:13
Andrey Demçenko: “İstəksiz futbol oynamırlar”
-
20:57
Yevlaxda 2 penalti, 3 qol VİDEO
-
20:30
“Kəpəz” və "İmişli" qalib gəldi
-
19:49
Azər Bağırovdan qələbə şərhi
-
19:21
Veliçko Kaplanoviç: “Hər dəfə "Sumqayıt"a qarşı belə halların niyə baş verməsini başa düşmürəm”
-
18:56
“Qarabağ” Beynəlxalq Xalça Festivalı 2026-da FOTOLENT VİDEO
-
18:14
3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
-
17:42
"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
-
17:35
Sumqayıtda heyətlər müəyyənləşdi
-
16:58
"Böyük Dəbilqə": Rəşid Məmmədəliyev “bürünc” qazandı
-
16:23
"Sumqayıt" itki ilə üzlıəşdi
-
15:00
“Kəpəz” - “Sumqayıt”: Heyətlər açıqlandı
-
13:19
Bakı bulvarında yelkən yarışına start verilib
-
12:41
Arda Güler ayın ən yaxşısı seçildi
-
12:06
Günün canlı yayımlanacaq oyunları- TV AFİŞA
-
11:52
"Lids" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:27
İmad Faraj: "Neftçi" 1:5 hesabı ilə uduza bilməz”
-
10:34
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərin arasında növbəti minifutbol turniri təşkil olunub
-
10:03
61 ildən sonra ölkə kubokunu qazandılar
-
09:48
"Beşiktaş"dan səfər qələbəsi VİDEO
-
20:06
Falaye Sako: “Belə olan halda "Neftçi" Avropada çıxış edə bilər”
-
19:24
"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirində 185 boksçu mübarizə aparacaq
-
18:57
"Böyük Dəbilqə": Cüdoçularımız ilk gündə medalsız qaldılar
-
18:13
Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib
-
17:49
Avarçəkmə və kanoe üzrə "Prezident Kuboku"nun qalibləri mükafatlandırılıblar
-
17:32
Bakı-Xankəndi velosiped yarışının tanıtım videosu beynəlxalq telekanallarda nümayiş olunur VİDEO
-
17:00
II Liqada hakim təyinatları
03.05.2026
02.05.2026
01.05.2026























