12 Mart 2026, Cümə axşamı
İran DÇ-2026-da iştirak etməyəcək
Berdıyevin cəzası azaldıldı
Millimizdə portuqaliyalı baş məşqçi
“Sumqayıt”ın dərdi nədir? - QEYD

Xarici futbol

Azarkeşlər İspaniya klubunun bazasına hücum etdilər

"Sevilya" azarkeşləri komandanın son uğursuz çıxışlarından hiddətləniblər.

Futbolxeber.az saytının məlumatına görə, La Liqanın 35-ci turunda komandanın səfərdə "Selta"ya 2:3 hesabı ilə məğlub olması fanatları özündən çıxarıb.

Yüzlərlə azarkeş klubun bazasının qarşısında toplaşıb və komanda avtobusu bazaya gələrkən onu yumurta atəşinə tutublar. Futbolçuları təhqir edən və avtobusa hücum etmək istəyən kütləni polis havaya rezin güllələr atmaqla dağıdıb.

Bir qrup azarkeş klubun bazasının hasarını sındıraraq, içəri keçməyə cəhd göstərib.

Qeyd edək ki, "Sevilya" La Liqada 38 xalla 16-cı yerdə qərarlaşıb. Komanda artıq 8 oyundur ki, qələbə qazana bilmir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31