Ölkə futbolu
“Mingəçevir”in hücumçusu: “Komandada söz-söhbətlər olsaydı, bu nəticələri qazana bilməzdik”
“Mingəçevir”in hücumçusu Nahid Əliyevin Futbolxeber.az saytına müsahibəsi
- Bu gün I Liqanın 25-ci turu çərçivəsində “İmişli”yə qarşı keçirdiyiniz oyun qolsuz heç-heçə ilə başa çatdı. Qarşılaşmanı necə şərh edərdiniz?
- Oyun çətin keçdi. “İmişli” çox güclü rəqibdir. Artıq Premyer Liqaya vəsiqəni də təmin ediblər. Bu matçda bizim üçün 1 xal da pis nəticə deyil. Rəqibin gücünü nəzərə alsaq, əsas uduzmamaq idi. Azarkeşlərimiz önündə oynayırdıq və istəmirdik ki, onları məyus edək. Məncə, “İmişli” kimi rəqiblə matçda heç-heçə yaxşı nəticədir.
- Mövsümün ikinci yarısı “Mingəçevir” uğurlu çıxışla yadda qalır. Bunu nə ilə əlaqələndirmək olar?
- İlk növbədə başda Füzuli müəllim olmaqla məşqçilər korpusunun işi burada görünür. Qışda edilən dəyişikliklərin “Mingəçevir”ə çox xeyri dəydi. Bütün bunlar da nəticələrdə özünü göstərir.
- Baş məşqçi Füzuli Məmmədovun rolunu qeyd etdiniz. Komanda yaxşı nəticələr qazansa da, mətbuatda mütəxəssislə bağlı neqativ xəbərlər yayılır. futbolçuların baş məşqçidən narazı olduğu deyilir. Bunlar nə dərəcədə doğrudur?
- O cür xəbərlər boş söhbətdir. Özünüz də qazandığımız xalları, sərgilədiyimiz oyunu görürsünüz. Komandada söz-söhbətlər olsaydı, bu nəticələri qazana bilməzdik. 10-cu yerdən 5-ci pilləyə qalxmışıqsa, deməli, Füzuli müəllim öz işini yüksək səviyyədə görür.
- Qışda “Turan Tovuz”dan “Mingəçevir”ə qoşuldunuz. Keçid icarə əsasında baş tutmuşdu, yoxsa Tovuz klubundan birdəfəlik ayrıldınız? Son turlar ardıcıl qollar vurduğunuzu nəzərə alsaq, sizi yeni mövsümdə də “Mingəçevir”də görə biləcəyik?
- Qışda “Turan Tovuz”dan birdəfəlik ayrıldım və “Mingəçevir”lə 5 aylıq müqavilə imzaladım. Mövsümün sonunda sözləşməm bitir. İndidən yeni mövsümlə bağlı nəsə deməkdə çətinlik çəkirəm.
- Sankt-Peterburq futbolunun yetirməsisiniz. Gələcəkdə yenidən Rusiyaya qayıtmaq, yaxud başqa ölkəyə yollanmaq barədə düşünürsünüzmü?
- Allahın köməkliyi ilə təki hər şey yaxşı olsun. Mənim arzum həmişə Azərbaycanı yüksək səviyyədə təmsil etmək olub. İstər Rusiyada oynayanda, istər aşağı yaş qrupu üzrə milli komandaya dəvət alanda. Gələcəkdə də Rusiyada, yaxud başqa yerdə oynasam, azərbaycanlı kimi həmişə ölkəmin adını uca tutmağa çalışmışam. Bundan sonra harada olacağımı isə zaman göstərəcək.
TAĞI
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- “Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
- Kandido: “Qələbəyə layiq idik”
- Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
- U-20 millimiz Moldovaya uduzdu
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























