Ölkə futbolu
Bakıda “Dünya neft və qaz kuboku 2025” start götürdü
Bakıda daha bir mötəbər futbol turnirinə start verilib. Paytaxtımız "Falcon Luxury Travel"in təşkilatçılığı ilə “Dünya neft və qaz kuboku 2025”ə ev sahibliyi edir. Yarışda Azərbaycan, Almaniya, Oman və Misirin müxtəlif neft və qaz kompaniyalarını təmsil edən 12 komanda yarışır.
Bu gün “ASK Arena”da turnirin açılış mərasimi keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra turnirin formatı və iştirakçılar barədə məlumat verilib. Rəmzi lentin kəsilməsi ilə yarış açıq elan edilib.
Turnirin formatı barədə qeyd edək ki, komandalar yarım meydanda mübarizə aparırlar. Hər kollektivin start heyətində 1 qapıçı və 6 meydan oyunçusu yer alır. Komandalar hər biri 15 dəqiqədən ibarət olmaqla 2 hissədə mübarizə aparırlar. Dairəvi sistem üzrə keçirilən yarışda yekunda ən çox xal toplayan 2 komanda finalda mübarizə aparacaq.
Açılış mərasimindən sonra yarış start götürüb. 1-ci meydanda SOCAR və Omanın PDO (Petroleum Development Oman) komandaları, 2-ci meydanda isə “Azəriqaz” və OQ (Omanın neft-qaz kompaniyası) üz-üzə gəliblər.
Oman şirkətinin prezidenti: “Təşkilatçılıq yüksək səviyyədədir”
Turnirdə ilk qələbə qazanan komanda OQ olub. Oman təmsilçisi “Azəriqaz”ı 8:2 hesabı ilə məğlub edib. Görüşdən sonra Oman şirkətinin prezidenti Muhammed Al Faraji təəssüratlarını bizimlə bölüşdü: “İlk görüşdə qələbə qazandıq. Turnirə uğurlu start vermək çox xoşdur. Böyükhesablı qələbə qazansaq da, oyun çətin keçdi. Təşkilatçılıq yüksək səviyyədədir. Hər şey bizi qane edir. İlk dəfədir Bakıda belə bir yarışa qatılırıq. Məqsədimiz digər oyunlarda da qələbə qazanmaqdır”.
Qasim Al Riyami: “Bakıda özümüzü evdəki kimi hiss edirik”
SOCAR və Omanın PDO komandaları arasında matç isə gərginliyi ilə yadda qaldı. Hərəyə bir dəfə fərqlənən tərəflər yekunda meydanda 1 xalla ayrıldılar - 1:1.
Oman komandasının kapitanı Qasim Al Riyami Bakıda olmaqdan məmnunluq duyduqlarını bildirdi: “Bu yarışda iştirak etdiyimiz üçün təşkilatçılara təşəkkürümüzü bildiririk. Çox maraqlı yarış keçir. Azərbaycanda olduğumuz üçün şadıq. İnsanlar çox istiqanlıdırlar. Yeməkləriniz də çox dadlıdır. Burada özümüzü evdəki kimi hiss edirik. Yarış çox maraqlı başlayıb. Oyunlar gərgin keçir. Arzumuz vaxtımızı gözəl keçirmək və yaxşı nəticə qazanmaqdır. İlk matçda yerli SOCAR komandası ilə üz-üzə gəldik. Rəqib çox yaxşı mübarizə apardı. Oyuna fəal başlamışdılar. Lakin biz də təslim olmaq fikrində deyildik. Yekunda heç-heçə qeydə alındı. Ümid edirəm ki, onlarla yenidən finalda üz-üzə gələk”.
“SOCAR-ı təmsil etdiyimiz üçün yarışa ciddi hazırlaşmışıq”
Bu turnirdə SOCAR komandasının baş məşqçisi vəzifəsini futzal üzrə milli komandamızın keçmiş üzvü İlkin Hacıyev yerinə yetirir. Yarışla bağlı fikirlərini bölüşən İ.Hacıyev turniri çox maraqlı start götürdüyünü vurğuladı: “Təşkilatçılıq əladır. Yarış çox maraqlı keçir. Əsasən də 3-4 komandanı xüsusi fərqləndirərdim. İlk matçda qarşılaşdığımız Omanın PDO komandası çox güclü rəqibdir. Məncə, onlar elə turnirin favoritlərindən biridir. Biz də SOCAR-ı təmsil etdiyimiz üçün yarışa ciddi hazırlaşmışıq. Düzdür, ilk oyunda qalib gələ bilməsək də, sona qədər mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik ki, yekunda çempion olaq”.
Misirli məşqçi: “Turnirin təşkilində rolu olan hər kəsə təşəkkürü bildirirəm”
İlk turda daha bir maraqlı oyun Omanın “PDO Masters” və Misirin “Enppi” komandaları arasında baş tutub. Misir kollektivi rəqibə layiqli müqavimət göstərsə də, yekunda məğlubiyyədən qaça bilməyib - 0:2. “Enppi” komandasının məşqçisi Abdulselem İsmail açıqlamasında ölkəmizi çox bəyəndiyini vurğulayıb: “Bu turnirin təşkilində rolu olan hər kəsə təşəkkürü bildirirəm. Təşkilatçılar komandaların rahatlığı üçün hər şeyi yüksək səviyyədə edirlər. Oyunlar çox maraqlı keçir. Yarışın və komandaların səviyyəsi çox yüksəkdir. Bir sözlə, hər şey əladır. Azərbaycanda ilk dəfə oluram. Ölkənizi çox bəyəndim. Bakı həddindən artıq gözəl şəhərdir. Bura olduğum üçün şadam”.
Turnirin prezidenti Ali Al Maani: “Atmosfer çox gözəldir, hamı sevinir”
Həmsöhbətlərimizin də qeyd etdiyi kimi, turnir çox yüksək səviyyədə təşkil edilir. Yüksək təşkilatçılığın arxasında isə böyük əziyyət durur. Turnirin prezidenti Ali Al Maani bizimlə söhbətində Bakıda çox əla atmosferin yaradıldığını söylədi: “Azərbaycanda olduğumuz üçün çox şadıq. Sevinirik ki, “Dünya neft və qaz kuboku” ilk dəfə Bakıda keçirilir. Neft və qaz sənayesini təmsil edən müxtəlif ölkələrin komandaları Azərbaycan təmsilçiləri ilə yarışırlar. Turnir çox yaxşı start götürüb. Hər şey yüksək səviyyədədir. Arzulayırıq ki, hər şey sona kimi belə davam etsin. Bütün komandalar turnirdən həzz alsınlar. Oyunlar çox maraqlı keçirir. Kim layiqdirsə, yekunda o da çempion olsun. Atmosfer çox gözəldir, hamı sevinir. Hər kəs yarışdan zövq alır”.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
01.11.2026
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























