11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Ölkə futbolu

“Araz-Naxçıvan” “Kəpəz”in futbolçusu ilə güclənir - EKSKLÜZİV

Yeni mövsümün transfer çalışmalarına başlayan “Araz-Naxçıvan” artıq bir futbolçu ilə razılıq əldə edib.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, Naxçıvan klubu “Kəpəz”in yarımmüdafiəçisi Mahamadu Ba ilə güclənir. Malili futbolçu ilə artıq razılıq əldə olunub və o, yeni mövsümdən “Araz-Naxçıvan”da çıxış edəcək.

Qeyd edək ki, Ba ötən ildən “Kəpəz”də çıxış edir. “Ərzurumspor”un yetirməsi olan 25 yaşlı futbolçu Türkiyədə Ərzurum klubu ilə yanaşı, “Bandırmaspor”, “Menemenspor”, “Adana Demirspor”, “İstanbulspor” və “Tuzlaspor”da forma geyib. Sonuncu klubun heyətində Mahamadu Ba hazırda “Araz-Naxçıvan”da forma geyən Bəxtiyar Həsənalızadə ilə birgə çıxış edib.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31