5 May 2026, Çərşənbə axşamı
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi

Futzal

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin üzvləri ilə görüş keçirilib

Futzal üzrə Avropa çempionatının ilkin təsnifat mərhələsində iştirak edən və yer aldığı B qrupunun qalibi olan Azərbaycanın U-19 millisinin üzvləri ilə görüş keçirilib.

Futbolxeber.az saytının Futzal Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qurumun vitse-prezidenti Elşən Abasov komanda üzvlərini qazanılan uğur münasibəti ilə rəhbərlik adından təbrik edib, əsas mərhələdə də inamlı oynamağın vacibliyini bildirib və bunun üçün komandaya lazımi şəraitin yaradılacağını vurğulayıb.

Avropa çempionatının əsas mərhələsində keçirilən Azərbaycan - Yunanıstan oyunundan əvvəl baş tutan görüşün sonunda U-19-un üzvlərinə diplomlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, U-19 Avropa çempionatının əsas mərhələsində Bosniya və Herseqovina, Xorvatiya və Türkiyə yığmaları ilə qarşılaşacaq. Oyunlar martın 25-30-u aralığında Xorvatiyada təşkil olunacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31