4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Digər idman növləri

“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”

“Qələbə qazanmaq çox çətin oldu. Düşünürəm ki, əldə etdiyimiz uğur fərdi performansın deyil, bütün komandanın əzmkarlığının nəticəsidir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri CEV Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın “Maritza Plovdiv” klubunu 3:0 hesabı ilə məğlub edən “Turan” komandasının voleybolçusu Yanq Hanyu deyib.

O, növbəti oyunda da qələbə qazanmağa ümid etdiklərini bildirib: “İnanıram ki, doğma meydanda keçiriləcək cavab görüşündə də qalib gələ biləcəyik. Hazırda çox həyəcanlıyam və hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Çox xoşbəxtəm. Ümid edirəm ki, növbəti oyunda heyətimiz tam olacaq. Bütün komanda üzvlərinin bir araya gələrək mübarizə aparması məni sevindirir. Komanda yoldaşlarıma təşəkkür edirəm”.

Qeyd edək ki, komandalar arasında cavab görüşü noyabrın 10-da keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30