4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

FIFA-dan AFFA-ya təşəkkür məktubu

FIFA Azərbaycanda keçirilmiş U-15 dünya çempionatı və festivalında hakimliyin yüksək səviyyədə təşkilinə görə AFFA-ya təşəkkür edib.

Futbolxeber.az saytının məlumatına görə, FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanın AFFA-nın baş katibi Cahangir Fərəcullayevə ünvanladığı rəsmi məktubda yarışda hakimliyin yüksək standartlara uyğun təşkil edilməsi və oyunların peşəkar səviyyədə idarə olunması yüksək qiymətləndirilib.

"Belə mühüm tədbirin uğurla həyata keçirilməsi yalnız peşəkar hazırlıq, yüksək təşkilatçılıq bacarığı və fədakar komanda işi sayəsində mümkün olub. Bu baxımdan AFFA-nın Hakimlər Komitəsi və Hakimlər Departamentinin göstərdiyi səyləri xüsusi qeyd etmək istəyirik", - deyə məktubda bildirilib.

Pyerluici Kollina hakimliyin təşkili və oyunların idarə olunmasında iştirak edən bütün AFFA əməkdaşlarına, xüsusilə də azərbaycanlı futbol hakimlərinə FIFA U-15 dünya çempionatı və festivalının uğurla keçirilməsinə verdikləri əvəzsiz töhfəyə görə təşəkkür edib.

Qeyd edək ki, Azərbaycanda keçirilmiş FIFA U-15 dünya çempionatı və festivalının oyunlarında ümumilikdə 86 hakim iştirak edib. Onlardan 80-i azərbaycanlı, 3-ü Gürcüstandan, 3-ü isə Türkiyədən dəvət olunmuş hakimlər olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30