5 Noyabr 2026, Cümə axşamı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi

Ölkə futbolu

“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı

Çempionatda uğursuzluğa düçar olan, geridə qalan 10 turdan sonra liqada ən çox məğlubiyyət acısı yaşayan “Şəfa”da problemlər səngimək bilmir.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, “Sumqayıt”la son turun oyunundan öncə 3 aydır maaş almayan futbolçular klub rəhbərliyinə sərt şəkildə etirazlarını bildiriblər. Tərəflər arasında ciddi qalmaqal yaşanıb.

Başda vitse-prezident Əfran İsmayılov olmaqla klub rəhbərliyi futbolçuları birtəhər meydana çıxmağa razı salıblar. Bircə Dilan Mertens sona qədər sözündən dönməyib. Yekunda isə niderlandlı futbolçunun haqqını qoruması Əfran İsmayılovun xoşuna gəlməyib. Loru dildə desək, hər şey məhz Mertensin başında partlayıb. Belə ki, niderlandlı yarımmüdafiəçinin adı “Sumqayıt”la matçın iştirak ərizəsinə daxil edilməyib.

Digər futbolçilardan fərqli olaraq Mertensin haqqını sona kimi qoruması “23-lük”dən kənarda qalması ilə nəticələnib. Halbuki buna qədər 31 yaşlı futbolçu “Şəfa”nın çempionatdakı 9 oyununun hamısında forma geymişdi. O, “Neftçi” istisna olmaqla digər 8 matçda start heytində yer almışdı.

Göründüyü kimi, “Şəfa”da vəziyyət o qədər biabırçı həddə çatıb ki, haqqını qorumaq belə problem hesab edilir...

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30