4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Digər idman növləri

“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir

Noyabrın 10-da “Turan” voleybol klubu doğma meydanda Bolqarıstanın “Maritsa Plovdiv” komandası ilə qarşılaşacaq.

Futbolxeber.az saytının məlumatına görə, saat 18:00-da başlayacaq görüş Tovuz Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Klub azarkeşlər üçün biletləri ödənişsiz təqdim edir. Artıq əldə olunması mümkün olan biletləri Tovuz Olimpiya İdman Kompleksinə yaxınlaşaraq götürmək olar.

Biletlər yalnız şəxsiyyət vəsiqəsi əsasında təqdim ediləcək. Saxta biletlərin hazırlanmasının və biletlərin digər şəxslərə ötürülməsinin qarşısını almaq məqsədilə onların üzərində xüsusi holoqram yerləşdiriləcək. 

Azarkeşlərə vaxt itirmədən Tovuz Olimpiya İdman Kompleksinə yaxınlaşaraq biletlərini əldə etmələri tövsiyə olunur.

Qeyd edək ki, tərəflərin ilk görüşündə “Turan” rəqibini 3:0 hesabı ilə məğlub edib. Komanda cavab qarşılaşmasında uğurlu nəticə qazanaraq qrup mərhələsinə vəsiqə qazanmağı hədəfləyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30