5 Noyabr 2026, Cümə axşamı
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”

Xarici futbol

Ronaldo Portuqaliya millisinə vida etdi

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, 41 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Portuqaliya həmişə mənim bir parçam olaraq qalacaq. 23 ildir ki, bu formanı geyinmək, onu qorumaq və ölkəni dünyanın müxtəlif stadionlarında təmsil etmək şərəfinə və məsuliyyətinə sahibəm. Bu gün estafeti gələcək nəsillərə ötürməyin vaxtıdır", - deyə Ronaldo yazıb.

Qeyd edək ki, Kriştiano Ronaldo millidə debütünü 2003-cü il avqustun 20-də Qazaxıstanla yoldaşlıq görüşündə edib. O, Portuqaliya yığmasının heyətində 234 oyun keçirib, 146 qol vurub və 45 məhsuldar ötürmə verib. O, millidəki həm oyun, həm də qol sayında dünya rekorduna imza atıb.

Ronaldo milli ilə 2016-cı ildə Avropa çempionu, 2018/2019 və 2024/2025 mövsümlərində isə Millətlər Liqasının qalibi olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30