Ölkə futbolu
“Neftçi” azarkeşi, nəyin çatışmır?
Dünən çayxanada yan masada bir neçə gənc Azərbaycan çempionatını müzakirə edirdilər. Söhbət maraqlı gəldiyi üçün telefonu kənara qoyub, onlara qulaq asdım. Gənclərdən biri qayıtdı ki, “ağəli, “Kəpəz”i görürsən də, qan eliyir. Gözünüz azarkeş görsün e, bir komanda Gəncədən 3 xalla qayıda bilməz”. Yanındakı yoldaşı Tovuzdan idi: “Ay qam, bizim stadionumuzun azarkeş tutumu azdır. Yoxsa bizə heç kim çata bilməz”. Üçüncü oğlan isə “Qarabağ” fanatı idi: “Qaqa, biz avrokuboklarda oynayanda...” Yazığın sözünü ağzında qoydular. Stolda hamı bir nəfər kimi, “Onlar azarkeş yox, tamaşaçıdılar. Sizin əsl azarkeşlər çempionat oyununa gələn 300-500 nəfərdir” dedi. Söhbətin qızğın yerində masaya 8-9 yaşlı, “babıçka” taxmış rusdilli bir uşaq yaxınlaşdı. Açığı, nə dediyini eşitmədim, nəsə Masazır, ya Mərdəkan deyirdi. Amma onu bilirəm ki, yazıq uşağı stoldan çox pis qovdular. Telefon söhbətimi bitirəndə gənclərin yanına başqa bir oğlan da yaxınlaşdı. Məlum oldu ki, o da “Neftçi” azarkeşidir. Amma gəncəli və tovuzlu dostları onun da sözünü bitirməsinə imkan vermədilər. Belə başa düşdüm ki, həmin qaqaşın üzünə də “Neftçi”nin ev oyunlarına cəmi 1000-2000 nəfərin gəlməsini vurdular...
Bu anda yadıma məşhur yazıçımız Çingiz Abdullayev düşdü. Bir neçə il əvvəl Xalq yazıçısı “Neftçi”nin Müşahidə Şurasının sədri təyin olunmuşdu. SOCAR-ın binasında baş tutan xudmani təqdimat mərasimində tanınmış yazıçı üzünü AFFA prezidenti Rövnəq Abdullayevə tutaraq “Bizə Bakı Olimpiya Stadionunu verin” demişdi. Rövnəq müəllim də söz altında qalan insan deyil. Çingiz müəllimə cavab vermişdi ki, “Siz hələ “Bakcell Arena”nı (“Palms Sports Arena” o zaman belə adlanırdı - İ) doldurun, sonrasına baxarıq”. Bu söhbətin üstündən illər keçib, indi nə Çingiz Abdullayev “Neftçi”dədir, nə də Rövnəq Abdullayev AFFA-ya rəhbərlik edir. Gəl ki, “Neftçi”nin stadionu dolmur ki, dolmur...
Tamam, əvvəl nəticə yox idi, razıyam. Əslində, bu da müzakirə mövzusudur. Azarkeş məgər stadiona nəticəyə görə gəlir? Çox uzağa gedib, Rusiyadan, Türkiyədən nümunə gətirməyəcəm. Elə “Kəpəz”sevərlər azarkeşliyin nəticədən asılı olmadığının bariz nümunəsidir. Digər tərəfdən isə, bu gün nəticə də var axı. Sənin komandan səfərdə əzəli rəqibin “Qarabağ”la matçda son saniyələrdə qələbəni əldən verir, növbəti oyunda öz meydanında digər iddialı “Turan Tovuz”u qəbul edir. Sən isə stadiona gəlmirsən. Belə azarkeşlik olar? Məncə, “Turan Tovuz”la oyuna cəmi 3-4 min “Neftçi” azarkeşinin gəlməsi fanatlıq adına rəzalət idi.
Bu gün “Neftçi” çempionatın lideridir. Qış fasiləsinə qədər təqvim də münasibdir. Komandanın 6 oyunundan yalnız biri iddialı kollektivə qarşıdır. Bu isə o deməkdir ki, flaqmanın uzun illərdən sonra ən azı qış çempionu olmaq şansı kifayət qədər yüksəkdir. “Qarabağ” ideal formasından uzaqdır, “bayquşlar”ın başı qarışıb ÇL-ə, “Turan Tovuz” iddialıları məğlub etsə də, sabah “Araz-Naxçıvan”, “Şamaxı” ilə matçda yenə əziyyət çəkəcək. “Zirə” desən, bu dəqiqə meydana buraxmağa 11 sağlam futbolçu tapa bilmir. Daha bundan əlverilşi nə istəyirsiz?
Uzun sözün qısası, “Neftçi” azarkeşinin bu gün stadiona gəlməmək üçün heç bir bəhanəsi yoxdur. Cümə günü “ağ-qaralar” “Kəpəz”i qəbul edir. Oyun axşam saat 8-dədir. Stadionun yolunu tutmamaq üçün bəhanə qalmayıb, “Neftçi” azarkeşi. Komandan liderdir, bu gün də stadiona gəlməyib bəs nə vaxt gələcəksən? Bu gün gəlib komandana dəstək olmursansa, sabah avrokuboklar vaxtı bileti hansı üzlə alacaqsan? Onda sənin “avrokubok azarkeşləri”ndən nə fərqin olacaq? 3-4 milyon insanın yaşadığı Bakı şəhərində “Neftçi”nin stadionunu dolduracaq 10 min azarkeşi yoxdur? Heç olmasa, dünən o çayxanada gördüyüm boynubükük “Neftçi” azarkeşinə xatir stadiona gəlin. Qoyun şənbə günü də o, gəncəli, tovuzlu, ağdamlı dostlarının yanında sinəsinə döysün də...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
04.11.2026
03.11.2026
02.11.2026























