29 Oktyabr 2026, Cümə axşamı
1/8 finalın bütün cütləri bilindi
Millimiz Mozambikə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Futzal

DÇ-2024: Millimizin elit-raunddakı rəqibləri bəlli olub

Final mərhələsi 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raundunun püşkü atılıb.

Futbolxeber.az saytının məlumatına görə, A qrupunda yer alan Azərbaycan millisi Qazaxıstan, Rumıniya və Niderlandla qarşılaşacaq.

Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq. Yığma elit-raunda səfər oyunu ilə başlayacaq və yekun nöqtəni də rəqib zalında qoyacaq.

A qrupu: Qazaxıstan, Rumıniya, Azərbaycan, Niderland

B qrupu: Ukrayna, Polşa, Serbiya, Belçika

C qrupu: Xorvatiya, Slovakiya, Fransa, Almaniya

D qrupu: İspaniya, İtaliya, Sloveniya, Çexiya

E qrupu: Portuqaliya, Gürcüstan, Ermənistan, Finlandiya

Elit-raundda oyunlar 3 ay ərzində baş tutacaq. Tarixlər bu şəkildə müəyyənləşdirilib:

11-20 sentyabr

2-11 oktyabr

11-20 dekabr

Qeyd edək ki, Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” pley-off oyunlarında iştirak edəcək və qalib gələn 2 milli də final mərhələsində gücünü sınayacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31