28 Noyabr 2026, Şənbə
Mahir Polşada növbəti qolunu vurdu
“Neftçi” "Zirə”ni məğlub etdi
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları

Digər idman növləri

Bərdədə atletika üzrə rayon birinciliyi keçirilib

24-27 noyabr arağılında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş oğlan və qızlar arasında atletika idman növü üzrə Bərdə rayon birinciliyi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, yarış Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə Gənclər və İdman Sektoru və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutub.

Birincilikdə 2011-2012 və 2013-2014-cü il təvəllüdlü məktəblilər yerindən uzunluğa tullanma, qaçışın müxtəlif məsafələri üzrə mübarizə aparıblar.

Belə ki, oğlanlar 100 və 200 metr, qızlar isə 60 və 100 metr məsafələrində qüvvələrini sınayıblar.

Yarışda 43 məktəbi təmsil edən ümumilikdə 167 şagird iştirak edib. Onlardan 67-si qız, 100-ü isə oğlan olub.

Birinciliyin keçirilməsində əsas məqsəd məktəblilər arasında atletika idman növünə marağın artırılması, gənc istedadların üzə çıxarılması və idmanın kütləviliyinin təşviqidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30