27 Noyabr 2026, Cümə
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu

Ölkə futbolu

Azərbaycan Premyer Liqasının bəzi oyunlarında AVAR-2 hakimi də iştirak edəcək

VAR hakimlərinin peşəkar inkişafı və praktiki təcrübəsinin artırılması məqsədilə Azərbaycan Premyer Liqasının XIII turundan etibarən bəzi oyunlarda AVAR-2 hakiminin iştirakı nəzərdə tutulub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası açıqlama yayıb.

Bu addım AFFA Hakimlər Komitəsinin Peşəkar Futbol Liqasına ünvanladığı rəsmi müraciət əsasında həyata keçiriləcək.

Qeyd edək ki, AVAR-2 hakiminin VAR otağında iştirakı yalnız təlim və müşahidə xarakteri daşıyacaq, onun oyun epizodlarının qiymətləndirilməsi və qərarların qəbul edilməsində heç bir funksional rolu olmayacaq.

Cari turda AVAR-2 təyinatları:

"Neftçi" - "Zirə"

AVAR-2: Fəridə Lütfəliyeva

"Sabah" - "Araz-Naxçıvan"

AVAR-2: İslam Məmmədov

"Qarabağ" - "Sumqayıt"

AVAR-2: Niyaz Əhmədov

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30