27 Noyabr 2026, Cümə
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu

Digər idman növləri

“Turan” İstanbulda çətin sınağa çıxacaq

Azərbaycanı CEV Çempionlar Liqasının əsas mərhələsində təmsil edən qadınlardan ibarət “Turan” klubu növbəti oyununu İstanbulda keçirəcək.

Futbolxeber.az saytının məlumatına görə, təmsilçimiz dekabrın 2-də qrup mərhələsinin II turu çərçivəsində turnirin son finalçısı “Eczacıbaşı Peron İstanbul” klubu ilə üz-üzə gələcək.

İstanbulda yerləşən “Eczacıbaşı Spor Salonu”nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.

Matçın əhəmiyyətini, rəqibin gücünü nəzərə alsaq, təmsilçimiz çətin səfərdə dəstəksiz qalmamalıdır. İstanbulda yaşayan həmyerlilərimiz bu vacib görüşdə “Turan”a dəstək olmalıdırlar.

Qeyd edək ki, “Turan” qrup mərhələsinin ilk oyununda səfərdə İtaliyanın “Skandiççi” kollektivinə məğlub olub. Təmsilçimizin əsas mərhələdəki ilk ev matçı isə Serbiyanın “Tent Obrenovac” klubuna qarşı olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30