27 Noyabr 2026, Cümə
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu

Xarici futbol

Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb

Gürcüstan polisi İstanbulun “Beşiktaş” klubunun 16 azarkeşini saxlayıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə keçirilən oyun öncəsi Batumidə yürüş təşkil edən “Beşiktaş” azarkeşləri ilə polis arasında bir neçə dəfə toqquşma baş verib.

“Beşiktaş” azarkeşləri Türkiyə və Fələstin bayraqları qaldıraraq Fələstinə dəstək şüarları səsləndiriblər.

Türkiyə mətbuatının məlumatına görə, azarkeşlərin tribunalarda Fələstin bayraqları və bannerləri açmağa çalışmasından sonra gərginlik artıb. Gürcüstan polisi müdaxilə zamanı bibər qazından da istifadə edib. Bir neçə nəfərə tibbi yardım göstərilib, xəsarət alanlardan biri isə stadiondan xərəkdə çıxarılıb.

Xatırladaq ki, tribunalarda baş verən insident səbəbindən 35 dəqiqə dayandırılan qarşılaşma “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30