27 Noyabr 2026, Cümə
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu

Ölkə futbolu

Klub rəsmisi açıqladı - “Şirvan”da maliyyə problemi mövcud deyil

II Liqada mübarizə aparan “Şirvan” Peşəkar Futbol Klubunun maliyyə vəziyyəti, sponsorlarla əməkdaşlığı və futbolçular qarşısında öhdəliklərində problemlər mövcud deyil.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun baş meneceri Emin Məmmədov bildirib.

Onun sözlərinə görə, klubun mövcud sponsorları ilə əməkdaşlığında hər hansı bir dayandırılma və ya geriçəkilmə halı yoxdur: “Hazırda GBARU, MİSTER TUM, HENTR və XIZIROĞLU şirkətləri klubumuzla əməkdaşlığını davam etdirir. Biz bu tərəfdaşlığa və qarşılıqlı etimada böyük önəm veririk”.

Klub rəsmisi bildirib ki, “Şirvan”ın məqsədi təkcə mövcud tərəfdaşlarımızı qorumaq deyil: “Klubun maliyyə və təşkilati imkanlarını genişləndirmək, yeni sponsorlar cəlb etmək və daha dayanıqlı idarəetmə modeli formalaşdırmaq istiqamətində işlərimizi davam etdiririk. “Şirvan” PFK yeni formalaşan və inkişaf yolunda olan bir klubdur. Təbii ki, bu proses müəyyən çətinliklər və çağırışlarla müşayiət oluna bilər”.

E.Məmmədov sonda hədəflərinin dəyişməz qaldığını qeyd edib: “Komandamızın hədəfləri və mövsümün qarşısında duran idman vəzifələri dəyişməyib. Şirvan futbolunun inkişafı, klubun daha da güclənməsi və azarkeşlərimizin etimadının qorunması istiqamətində fəaliyyətimizi davam etdiririk”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30