28 Noyabr 2026, Şənbə
Mahir Polşada növbəti qolunu vurdu
“Neftçi” "Zirə”ni məğlub etdi
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları

Ölkə futbolu

Lyubomir Tupta: “Azarkeşlər bizə əlavə güc verirlər”

"Çox çətin oyun olacağını bilirdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri bu sözləri "Neftçi"nin futbolçusu Lyubomir Tupta deyib.

28 yaşlı hücumçu "Zirə"ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XIII turunun oyunu barədə fikirlərini bölüşüb:

"Cari mövsümdə bu komanda ilə bir dəfə qarşılaşmışdıq və qələbə qazana bilməmişdik. Ancaq komanda şəklində çıxış etsək, kollektiv oyun nümayiş etdirsək, qalib gələcəyimizi bilirdik. Bu cür davam etməliyik. Hər oyunda eyni səviyyədə çıxış etməliyik".

Slovakiyalı futbolçu tribunalardakı atmosferdən və azarkeşlərin dəstəyindən də danışıb: "Bu gün onların dəstəyi danılmaz idi. Bizi sonadək dəstəklədilər. Müxtəlif məqamlarda bəzi komanda yoldaşlarımda yorğunluq hiss olunurdu. Lakin azarkeşlərdən gələn dəstək onlara əlavə güc verirdi. Biz bunu hər an, hər saniyə hiss etdik. Bir daha onlara təşəkkür edirəm".

Qeyd edək ki, "Neftçi" 30 xalla turnir cədvəlinin vahid lideridir. "Ağ-qaralar" XIV turda "Şəfa"nın qonağı olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30