28 Noyabr 2026, Şənbə
Emreli növbəti qolunu vurdu
“Neftçi” "Zirə”ni məğlub etdi
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları

Xarici futbol

Emreli növbəti qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa çempionatında növbəti - 4-cü qolunu vurub.

Futbolxeber.az saytının məlumatına görə, 29 yaşlı hücumçu formasını geyindiyi “Rakuv”un 16-cı turda “Piast”la ev oyununda fərqlənib.

Komandası 0:2 geridə olarkən Mahir görüşün 59-cu dəqiqəsində rəqib qapısına yol taparaq hesab arasındakı fərqi azaldıb. Start heyətində meydana çıxan Emreli 77-ci dəqiqədə əvəzlənib.

Qarşılaşmada “Rakuv” 1:2 hesabı ilə uduzub.

Çenstoxova təmsilçisi 15 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, bu, Mahirin “Rakuv”la bütün turnirlərdə ümumən 7-ci qolu (23 oyunda) olub. O, həmçinin 3 qol ötürməsi edib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30