28 Noyabr 2026, Şənbə
Mahir Polşada növbəti qolunu vurdu
“Neftçi” "Zirə”ni məğlub etdi
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları

Digər idman növləri

Azərbaycan deflimpiyaçıları Ermənistanda keçirilən 6 medal qazanıblar

Azərbaycan milli komandası Ermənistanın Tsaxkadzor şəhərində eşitmə qabiliyyəti məhdud idmançılar arasında keçirilən Avropa çempionatında uğurlu nəticə ilə yadda qalıb.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Deflimpiya Komitəsindən bildirilib.

Yunan-Roma güləşi üzrə yarışda 6 idmançı ilə təmsil olunan komanda ümumilikdə 6 medal – 3 gümüş və 3 bürünc medal qazanıb.

Böyüklər arasında keçirilən yarışda Kənan Allahverdiyev (60 kq) və Tuncay İbrahimzadə (77 kq) gümüş, Murad Cəfərov (55 kq) isə bürünc medal əldə edib.

Ceyhun İsazadə isə iki yaş kateqoriyasında uğurla çıxış edib. O, gənclər arasında 60 kq, böyüklər arasında isə 63 kq çəki dərəcəsində bürünc medala sahib olub. İslam Rzayev (130 kq) gənclər arasında keçirilən yarışda gümüş medal qazanıb.

Beləliklə, Azərbaycan təmsilçiləri Avropa çempionatını 3 gümüş və 3 bürünc medalla başa vurublar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30