27 Noyabr 2026, Cümə
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu

Digər idman növləri

Azərbaycan təmsilçisi Aydın Əlibəyov Moskvada beynəlxalq turnirin qalibi olub

Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskvada atçılığın dresaj növü üzrə keçirilən beynəlxalq turnirin qalibi olub.

Futbolxeber.az saytının məlumatına görə, "Vivat Rossiya" atçılıq mərkəzində təşkil olunan yarışda A.Əlibəyov 4 cavan atla çıxış edib.

O, turnirin ilk günündə dörd yaşlı atların mübarizəsində "Virakoça S" ləqəbli atla 92% nəticə ilə birinci, "Belle Fleur" atı ilə isə 84,4% nəticə ilə üçüncü olub.

İdmançı yarışların ilk günündə 5 yaşlı atlarla da mübarizə aparıb və ilk iki yerə sahib olub. "Roxuş" atı 83,6%-lə çempion olduğu kateqoriyada, "Dancing Rose" 82,2%-lə ikinci nəticə göstərib.

4 yaşlı atların mübarizəsində "Virakoça S" və "Belle Fleur" atları müvafiq olaraq 91% nəticə ilə qalib və 83,6% göstərici ilə üçüncü olub. 5 yaşlı atların yarışında isə "Dancing Rose" 83,4% göstərici ilə gümüş, "Roxuş" isə 81,6% nəticə ilə bürünc medala layiq görülüb.

İki günün nəticəsinə görə cavan atların yarışında turnirin həm fərdi yarışlarında həm mütləq mübarizəsində qalib adını da məhz Aydın Əlibəyov qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30