26 Noyabr 2026, Cümə axşamı
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu

Digər idman növləri

Güləş Federasiyasında veteran güləşçilərlə görüş təşkil edilib

Azərbaycan Güləş Federasiyasında (AGF) veteran güləşçilərlə görüş təşkil edilib.

Futbolxeber.az saytının məlumatına görə, AGF-nin Güləş İrsi və İcması Komitəsinin təşəbbüsüylə keçirilən tədbirdə oktyabrın 6-dan 11-dək İordaniyada keçirilmiş veteranlar arasında dünya çempionatının iştirakçıları, eləcə də Azərbaycan güləş tarixində öz xidmətləri ilə iz qoymuş tanınmış veteran güləşçilər və məşqçilər iştirak ediblər.

Tədbirdə çıxış edən AGF-nin baş katibi Pərvin Piriyev dünya çempionatında uğurla çıxış edərək medal qazanan veteranları təbrik edib, onlara Azərbaycan güləşinin beynəlxalq arenada təmsil olunmasına verdikləri töhfəyə görə təşəkkürünü bildirib.

Görüşdə federasiyanın hazırkı fəaliyyət istiqamətləri, strateji hədəfləri, gələcək planları və Azərbaycan güləşinin inkişafına dair vizyonu diqqətə çatdırılıb. Veteran güləşçilərin zəngin təcrübəsinin və biliklərinin bu prosesdə əhəmiyyəti vurğulanıb, onların fikir və təkliflərinin federasiyanın gələcək fəaliyyətində nəzərə alınmasının vacibliyi qeyd edilib.

Güləş İrsi və İcması Komitəsinin sədri Elçin Cəfərov, dünya çempionatında medal qazanmış veteran güləşçilər, Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı Rafiq Hacıyev, eləcə də Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Naxçıvan MR təşkilatının sədri Rövşən İsmayılxanlı çıxış edərək təkliflərini səsləndiriblər. Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, veteranların rəy və tövsiyələri dinlənilib.

Bu görüş Azərbaycan güləşinin zəngin ənənələrinin qorunması, nəsillər arasında əlaqələrin möhkəmləndirilməsi və veteranların idman ictimaiyyətinin həyatında fəal iştirakının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. AGF veteran güləşçilərlə dialoqun və əməkdaşlığın davamlı olmasına xüsusi önəm verir. Bu istiqamətdə belə görüşlərin mütəmadi təşkili, veteranların təcrübəsindən yararlanılması və onların Azərbaycan güləşinin inkişafı ilə bağlı təşəbbüslərinin dəstəklənməsi nəzərdə tutulur.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30