27 Noyabr 2026, Cümə
“Neftçi” "Zirə”ni məğlub etdi
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları
“Qarabağ”dan xanım azarkeşlərə jest

Ölkə futbolu

"Ona dedim ki, “Neftçi”dəsiniz, bu kluba hörmətimdən söz demirəm, elə bilməyin ki, sözüm yoxdur"

“Oyun bizim üçün uğursuz başladı. Halbuki həftəboyu oyuna hazırlaşanda, rəqibin pressinq tətbiq edəcəyini, bizim isə sadə oynayıb, səhv etməmək tapşırığı vermişdik. 15-20 dəqiqə ərzində ərazi üstünlüyünü ələ almışdıq, təhlükəli qol epizodlarımız yox idi. Amma üstünlük bizdə idi. Rəqib müdafiəyə çəkilmişdi. İkinci hissədə daha sürətli oynamağa başladıq. Futblçulardan razı qaldım. Çempionatın favoritinə qarşı səfərdə oynayırdıq. "Neftçi"nin səviyyəsini bilirik. Bu şəkildə davam etsək, zədəlilər də geri dönsə, daha güclü olacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 13-cü turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Daha sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Leqbo ötən matçda müdafiənin sol cinahında oynadı, bu gün vinger kimi çıxış edirdi...

- Bizdə vinger qıtlığı var. Hazırda vingerimiz Erendir, Kris və Smitt perspektivli, oyunçulardır. Onları gələcək üçün almışıq. Məcburiyyətdən rotasiyalar edirik. Amin və Qisməti cinah müdafiəçiləri, Leqbo və Ereni vinger kimi oynatmağı planlaşdırırıq. Leqbo hücumlarda yaxşı idi, Finlandiyada assistləri çox idi, 14-15 qol vurmuşdu. İkinci hissəni çox yaxşı keçirdik. Bu tip oyunları udmaq, qələbələr qazanmaq üçün ön xətdə nəticəni həll edəcək ounçular var.

- Oyundan sonra Yuri Verniduba barmaq silkələdiniz, o da siz getdikdən sonra sizə barmaq silkələdi...

- Barmaq silkəmələyi yadımda deyil. Ona dedim ki, artıq kəlmələr çox danışırsınız, "Neftçi"dəsiniz, bu kluba hörmətimdən söz demirəm, elə bilməyin ki, sözüm yoxdur. Ötən oyunda da çox artıq sözlər demişdi. Sadəcə "Neftçi"yə olan hörmətdən danışmırıq. Bəzi açıqlamaları, kəlmələri ona yaraşdırmıram. Fasilədə də yanımdan keçə-keçə çox danışırdı. Deyəcəm, deyəcək sənə demirdim, amma 2 metr yaxınımdan keçirdi. Dedim ki, susmağımın səbəbi var, çünki "Neftçi"dəsiniz, bu klubda kim işləsə, ona hörmətlə yanaşacağıq.

- Oyunun son dəqiqələri gərgin keçdi. "Neftçi"nin futbolçularında ilk oyundan qalan çılığınlıq var idi. Onu hiss etdiniz?

- Qələbəni xüsusi qeyd etmələrini görmədim. Biz də futbolçu olmuşuq, məğlub olduğun komandanı istəklə gözləyirsən, udmaq istəyirsən. Başa düşürdük ki, "Neftçi" bu gün qalib gəlsə, qış fasiləsinə çempion kimi gedə bilərdi. Futbolçularda hörmətsizlik görmədim.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30