28 Noyabr 2026, Şənbə
Mahir Polşada növbəti qolunu vurdu
“Neftçi” "Zirə”ni məğlub etdi
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları

Ölkə futbolu

“Zirə”nin braziliyalısı “Neftçi” ilə oyun haqda: “Erkən qol buraxmağımız işimizi çətinləşdirdi”

“Erkən qol buraxmağımız işimizi çətinləşdirdi. İkinci hissədə baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq və amma yaratdığımız imkanlardan istifadə edə bilmədik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin qapıçısı Maykon Kleyton Azərbaycan Premyer Liqasının 13-cü turunda Neftçi”yə 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

O, öz çıxışını belə dəyərləndirib: “Zədədən yeni qayıtmışam. Bu, karyeramda yaşadığım ən uzunmüddətli zədə idi. Son iki matç göstərir ki, tədricən uyğunlaşıram və özümə inamımı bərpa edirəm. Komandaya mümkün qədər çox fayda verməliyəm”.

Braziliyalı qolkiper qarşıdakı "Sabah" və "Qarabağ"la oyunlardan da söz açıb: “Onlar da “Neftçi” kimi böyük klublardır. Belə komandalara qarşı oyunlardan zövq almaq lazımdır. İnanıram ki, bu qarşılaşmalarda xal qazana bilərik”.

M.Kleyton əvvəldən Premyer Liqamız haqqında çox məlumatı olmadığını söyləyib: “Ancaq təklif aldıqdan sonra burada oynamış bəzi həmvətənlərimlə danışdım. Onlar çox müsbət fikirlər bildirdilər. Hələ cəmi iki oyun keçirmişəm, ona görə də hələlik ətraflı cavab verə bilmərəm. Bunu növbəti turlarda deyə biləcəyəm. Ümumiyyətlə, uyğunlaşma prosesi yaxşı gedir, yeganə çətinlik Braziliya ilə Azərbaycan arasındakı saat fərqidir.Klubdakı səmimi qarşılanmaya görə minnətdaram”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30