Futzal
Joze Alesio: “Diqqətli olmalıyıq”
“Fikrimcə, komandanın hazırlıq durumu əvvəlki oyunla müqayisədə indi daha yaxşıdır. Çünki bu dəfə hazırlaşmaq üçün vaxtımız çoxdur. Müqayisə üçün deyim ki, əgər Slovakiya ilə matça biz cəmi 10 gün məşq keçməklə çıxmışdıqsa, indi ən azı iki rəsmi oyun da var aktivimizdə”.
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri futzal üzrə millimizin baş məşqçisi Joze Alesio Da Silva Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında deyib.
O, heyətlə bağlı problemlərin olduğunu da qeyd edib: “Yanvardakı məşqlər və sonra iki oyun keçirməyimiz komanda olaraq boşluqları görməyimizə və aradan qaldırmağımıza imkan verdi. Təbii ki, qarşıdakı günlərdə də “axsadığımız” məqamlar üzərində işləyəcəyik. Fineo zədəli olduğuna görə Slovakiya və Yunanıstana qarşı oyunlarda iştirak etmədi. Düzdür, o, məşqlərə başlayıb, amma tam hazır deyil. Bakıdakı oyunda iştirak edib-etməyəcəyini deyə bilmərəm. Ümid edirəm ki, ən pis halda səfərdəki oyuna hazır olacaq. İsa Atayevin də yüngül zədəsi var, Fineodan fərqli olaraq o, bizə kömək edəcək vəziyyətdədir”.
Rəqib haqda da danışan Alesio Moldova yığmasının hazırda yaxşı formada olduğunu vurğulayıb: “Əlbəttə, rəqibimiz olduğuna görə, Moldovanın hər iki matçını izləmişəm. Həm də təxminən ilyarım əvvəl qarşılaşmışdıq. Oyun üslubu tanışdı, elə də dəyişiklik yoxdu, amma komanda olaraq yaxşı formadadırlar. Bu da onların daha əvvəldən hazırlıq və yoldaşlıq oyunları keçirməsi ilə bağlıdır. Meydanda çox intizamlıdırlar. Nəticələri də bunu deyir. Xüsusilə də Slovakiyaya qarşı oyunlarını qeyd edərdim. Həmin matçda hətta qələbə qazanmağa da yaxın oldular. Ona görə diqqətli olmalıyıq”.
Millinin çalışdırıcısı toplanış üçün 1 həftənin yetərli olduğunu bildirib: “Fevralın 25-dən toplanışa başlayacağıq. Ancaq toplanışa qədər də məşqlərimizi edirdik. Ona görə qarşıdakı günlərin tam hazır olmaq üçün yetərli olacağı qənaətindəyəm. Yaxşı olardı ki, legioner kimi başqa ölkələrdə çıxış edən futzalçılarımız da ilk gündən hazırlığa qoşulsunlar. Təəssüf ki, bu alınamayacaq. Çünki onların formasını geyindiyi klubların çempionat oyunları var”.
Alesio hər iki oyunda qazanılacaq qələbənin belə liderliyi təmin etməyəcəyini deyib: “Rəqibimizə hörmətlə yanaşırıq. Bizim tapşırığımız isə hər iki oyunda qələbə qazanmaq, aktivimizə 6 xal yazdırmaqdır. Bunu reallaşdırsaq, lideliyi təmin edəcəyikmi? Bu haqda danışmaq tezdir. Ancaq mübarizənin sona qədər davam edəcəyini düşünürəm”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- VII turun hakim təyinatları
- “Səbail” qələbəni əldən verdi
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























