Futzal
Joze Alesio: “İndi sırf Xorvatiya ilə qarşılaşmanı düşünürük”
Dünya çempionatının elit-raund mərhələsinə hazırlığını davam etdirən Azərbaycan milli komandasının baş məşqçi Joze Alesio Da Silvanın bu gün brifinqi keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, “Olimpik Star” İdman və Əyləncə kompleksinin futzal zalında baş məşqçi hazırlıqla bağlı məlumat verib:
“Yanvarın 13-dən hazırlığa başlamışıq. Artıq 6 gündür ki, məşqlərimizi davam etdiririk. Əsasən yerli çempionatda çıxış edən futzalçılar məşqlərdə iştirak edir. Ölkədən kənarda karyerasını davam etdirən oyunçulardan Oliviera Villiams “Vassoura”, Sezar Conatan və İsaq Surqalı hazırda bizimlə birlikdə məşq edir. Teles Thaqo və Eduardo Borges də tezliklə komandaya qoşulacaq. Hazırda onların çıxış etdikləri klublar rəsmi oyunlar keçirir. Bir neçə oyunçumuz isə birbaşa Xorvatiyaya gələcək. Təbii ki, tam heyətlə hazırlaşa bilməməyimiz müəyyən çətinlik yaradır. Ancaq biz yaradılan şəraitdən komandanın daha yaxşı hazırlıq keçməsi üçün maksimum istifadə edirik. Çünki Xorvatiyada da müəyyən qədər vaxtımız olacaq”.
Şansları dəyərləndirən Alesio rəqiblərə hörmətlə yanaşdığını da gizlətməyib: “Oyunlardan əvvəl bütün komandaların şansı eynidir. Rəqiblərimizin real gücünü nəzərə alaraq deyə bilərəm ki, bizim qrupdan çıxmaq şansımız 50-nin 50-yədir. Eyni zamanda, rəqiblərimiz bizdən çəkinməsələr də, hörmətlə yanaşırlar və nəyə qadir olduğumuzu bilirlər”.
Baş məşqçi komandanın qarşısına konkret məqsədin qoyulduğunu da açıqlayıb: “Minimum tapşırıq pley-off mərhələsinə vəsiqə qazanmaqdır. Təbii ki, final mərhələsində oynamaq istəyirik. Buna nail olmaq üçün mübarizə aparacağıq. Ancaq indi sırf Xorvatiya ilə qarşılaşmanı düşünürük”.
Futzalçıların fiziki hazırlığına da toxunan mütəxəssis bunları deyib: “Hazırda fiziki baxımdan komanda üzvlərinin vəziyyəti yaxşıdır. Yüksək Liqada fasilə yarandığından, biz məşqlərə erkən start verdik. Yanvarın 6-da millinin bazasını təşkil edən “Araz” komandası təlim-məşq toplanışlarına başladı. Bilirdik ki, istirahətdən sonra bir qədər çətin olacaq. Bundan başqa, Vassoura və Thaqo da zədədən dönüblər. Onların hazırlıq durumu da nəzarətdədir”.
Braziliyalı mütəxəssis qrup oyunlarının təqvimindən məmnun olduğunu da gizlətməyib: “Şikayətim yoxdur. Güclü rəqiblərlə ardıcıl oyunlar keçirəcəyik. Əlbəttə, gücümüzü elə böləcəyik ki, hər iki oyunda müsbət nəticə qazanmağa çatsın”. Sonda baş məşqçi yanvarın 21-də və 22-də Özbəkistanla keçiriləcək yoldaşlıq oyunlarına da toxunub: “Özbəkistan millisi yaxşı komandadır. Bu oyunda 17 nəfərlik heyəti yoxlayacam. Çünki biz Xorvatiyaya 14 futzalçı ilə yollanacağıq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- “Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
- Şeydayevin yeni klubu müəyyənləşdi
-
18:15
3 güləşçimiz dünya çempionatının yarımfinalına yüksəlib
-
17:52
"Sabah"ın rəqibində iki ayrılıq yaşandı
-
17:27
PSV-nin yarımmüdafiəçisi “Borussiya”da
-
17:06
Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar
-
16:33
“Neftçi” - “Araz-Naxçıvan” matçının biletləri satışda
-
16:14
Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimlər açıqlanıb
-
15:51
"Neftçi"də yeni müqavilə
-
15:28
"Səbail"dən növbəti transfer
-
15:00
Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
-
14:49
Atletika Federasiyasında məşqçilik kursları keçiriləcək
-
14:15
İlk turda ən çox azarkeş hansı oyuna gəlib?
-
13:52
“Səbail” Türkiyə klubu ilə qarşılaşacaq
-
13:36
Tupta: “Bizə bir az da vaxt lazımdır”
-
13:07
Avarçəkənlərimiz dünya çempionatında mübarizə aparacaqlar
-
12:43
Azərbaycandan Boliviya klubuna getdi
-
12:20
Yankoviç: “Tvente”yə qalib gələcəyimizə inanmasaydıq, heç səfərə getməzdik”
-
11:54
Boksçumuz Avropa çempionatının yarımfinalında
-
10:31
“Barselona”nı “Ayaks”a dəyişdi
-
09:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
22:55
Qurban Qurbanov: “Bu, bizim üçün vacib qələbə idi”
-
22:11
Azər Bağırov: “Birinci hissədə uşaqlarda həyəcan var idi”
-
21:39
Bəhlul 6 aydan sonra meydana qayıtdı
-
21:24
"Qarabağ" "Şamaxı"ya qalib gəldi
-
18:00
Elvindən Zubir paylaşımı: “Gözüm səni axtaracaq”
-
17:46
"Yuventus" müdafiəçi transfer etdi
-
17:09
"Qarabağ" Cəfərquliyevi itirdi
-
16:41
"Avropa çempionatında inamı doğruldub növbəti mərhələyə yüksəlmək istəyirik"
-
16:17
"İmişli"də ayrılıq
-
15:54
"Beşiktaş" və "Fənərbaxça" millimizin üzvləri ilə müqaviləni yenilədi
-
15:33
"Sumqayıt"ın kapitanı 5 ay sonra yaşıl meydanlara qayıdacaq
-
15:08
"Gəncə" onunla müqavilə imzaladı
-
14:45
"Tvente" ilə səfər oyunu üçün "Qarabağ" azarkeşlərinə 1500 yer ayrılıb
-
14:26
Cüdoçularımız İspaniya Supekubokunda 2 qızıl medal qazanıblar
-
13:52
PFL Zubirə təşəkkür etdi
-
13:31
“Sumqayıt”da 4-cü, Premyer Liqada 71-ci
-
13:19
"Neftçi" millinin üzvünü transfer edib
-
13:00
Ruan Renato 100-ə çatdı
-
12:37
Daha 3 boksçumuz Avropa çempionatında 1/4 finala yüksəlib
-
12:24
"Sumqayıt" üçün üzücü yubiley
-
12:03
“Neftçi”nin 25 il gözlədiyi start
-
11:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:15
Fransa Superkubokunu "Lans" qazandı VİDEO
-
10:56
Anje Mutsinzi: “Hər oyuna 3 xal üçün çıxacağıq”
-
10:22
“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyunlardan danışdı
-
10:09
Rüfət Abdullazadənin komandası finaldan kənarda qaldı
-
09:51
AFFA öz ampluasında: Millinin 0:13 hesablı məğlubiyyəti gizlədilir
-
09:34
Nəriman Axundzadə Superliqada debüt etdi
-
09:17
"Zirə" "Şəfa"ya şans tanımadı VİDEO
-
09:00
Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
-
23:52
Rəşad Sadıqovdan qələbə şərhi
18.08.2026
17.08.2026
16.08.2026
























