Futzal
Joze Alesio: “İstəyimizi reallaşdıra bilmədik”
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva Avropa çempionatının yekunları ilə bağlı federasiyanın mətbuat xidmətinə müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Portuqaliya ilə oyundan sonra (1:8) 1/4 finalda çıxışını dayandıran komandamızın qitə birinciliyindəki çıxışını dəyərləndirib. Həmin müsahibəni təqdim edirik:
- Avropa çempionatından hansı təəssüratlarla ayrıldız?
- Üç oyun keçirdik. Əslində, yaxşı başladıq, ispanlarla matçda sensasiya edən Fransanı məğlub etməklə onların bunu davam etdirməsinə imkan vermədik. İspaniya ilə oyunda isə bizi qane edəcək nəticə qazanmaq istəyirdik ki, 1/4 finala birinci pillənin sahibi kimi yollanaq. Ancaq nə ikinci, nə də üçüncü oyunda istədiklərimizi realizə edə bildik. Elə problemlər də bundan başladı.
- Problem nədən qaynaqlanırdı?
- Bilirəm, indi əksəriyyəti Portuqaliya ilə oyundakı nəticə üzür. İlk qolu biz vurduq, təəssüf ki, rəqibin dərhal fərqlənməsinə mane ola bilmədik. Çox sadə səhvlər etdik. Hesab arasındakı fərq artıqdan sonra isə konsentrasiyanı itirdik, dağılma oldu. Oyun intizamı pozulduqdan sonra səhvlər də çoxaldı. Sakitləşib, toparlana bilmədik. Əsəblər coşdu, hücumlar qurmaq üçün tələsirdik. Bu məqamlar da yekunda Portuqaliyanın xeyrinə işlədi. Biz qol vurmaq üçün tələsdik, nəticədə səhvlər etdik, topu itirdik, onlar da bunu öz lehlərinə çevirdilər.
- Ümumi nəticə sizi qane etdimi? Belə deyək, 1/4 finala yüksəlmək sizin üçün uğur sayılır, yoxsa tapşırıq fərqli idi?
- İlk tapşırıq qrup mərhələsindən 1/4 finala yüksəlmək idi. Bunun öhdəsindən gəldik. Ancaq təqvim elə qurulmuşdu ki, biz yarımfinala da yüksələ bilərdik. Bunu çox istəyirdik. Bizim üçün ən azı yarımfinalda iştirak etmək uğur sayılacaqdı. Təəssüf ki, istəyimizi reallaşdıra bilmədik. Məsələyə digər tərəfdən yanaşsaq, sona qalan dörd komandanın hamısı böyük infrastruktura malikdilər. Əvəzində favoritlərdən hesab edilən İtaliya kimi komanda qrup mərhələsini adlaya bilmədi. Onlara qoşulan bir neçə belə komanda oldu. Yəni futboldu, əvvəlcədən oyunun necə qurtaracağını, hansı sürprizlərlə qarşılaşacağını bilmirsən.
- Fransa ilə qarşılaşmadan sonra aparıcı oyunçular bunun davamını gətirə bilmədilər. Səbəbini nə ilə izah edə bilərsiz?
- Deməzdim zəif oynadılar. Hər oyunun öz xarakteristikası, gedişatı olur. Turnirdən əvvəl demişdim ki, 4 oyunçumuzun fiziki hazırlıqla bağlı problemi var. Vassoura Dubay çempionatında çıxış edir, həftədə cəmi 2 dəfə məşq edir. Vitalinin iştirak etdiyi Serbiya çempionatı dekabrdan dayanıb. Düzdü, o bizə yanvarın 15-də qoşulmuşdu, amma problemlər qalmaqda idi. İstədiyim Fineonu görə bilmədim. Onda da analoji problem yaşanmaqda idi. Bolinya isə zədə üzündən Bakıdakı məşqləri və yoldaşlıq oyunlarını buraxmışdı. Lyublyanadakı hazırlıqda iştirak etsə də, fiziki planda axsayırdı. Üstəlik, oyunlar zamanı da zədələnən futzalçılarımız oldu. Qalo birinci oyundan sonra ayağında ağrılar hiss edirdi. Onu qorumaq üçün İspaniya ilə matça buraxmadıq. İsa Atayev isə İspaniya ilə qarşılaşmada zədələndi. Portuqaliya ilə görüşdə iştirak etməməsinin səbəbi budu.
- Yeri gəlmişkən, sizi yerli futzalçılara az şans verməkdə qınayırlar…
- Demək olar, bütün oyunçulara şans verdim. Xətai digərlərindən az oynadı. Ramiz Çovdarov, İsa Atayev meydanda bizə kömək etdilər. Yenə deyirəm, hər oyuna yanaşma və taktiki hazırlaşma var. Baş məşqçi kimi sərəncamımda olan futzalçılardan düzgün və maksimum istifadə etməyə çalışdım.
- Portuqaliya ilə oyundan sonra federasiya prezidenti Zaur Axundov sizə və komandaya nə dedi?
- Hələ necə olacağı bilinmir. Dedi, çempionata hazırlaşın. Bu haqda sonra danışacağıq.
- Çempionatda fasilə gələn həftə başa çatacaq. “Araz” əsas rəqiblərindən EKOL-la qarşılaşacaq. Yorğunluq və psixoloji gərginlik oyuna hazırlaşmağınıza mane olmayacaq?
- Artıq diqqətimizi bu oyuna yönəltməliyik. Bir neçə gün istirahət edəcəyik. Həftənin birinci günündən məşqlərimizi bərpa edib, oyunun hazırlığına başlayacağıq. Əlbəttə, çətin oyun olacaq. EKOL qış fasiləsində yaxşı hazırlıq keçib. Sadaladığınız məqamların problem yaradacağı gözləniləndi. Elə etməliyik ki, büdrəməyək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- VII turun hakim təyinatları
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
06.11.2026
05.11.2026
























