6 Noyabr 2026, Cümə
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu

Ölkə futbolu

Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"

"Bu gün qəlbimdə həm qürur, həm də kövrəkliklə sizinlə vacib bir qərarımı bölüşürəm: Azərbaycan milli komandasında karyeramı başa vururam".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin kapitanı Emin Mahmudov öz sosial şəbəkə hesabında paylaşıb.

Milli komandada karyerasını başa vurmağa hazırlaşan 34 yaşlı yarımmüdafiəçi qərarını belə açıqlayıb: "Milli formanı ilk dəfə geyindiyim günü heç vaxt unutmayacağam. O formanı geyinib ölkəmi təmsil etmək, bu komandanın kapitanı olmaq həyatımın ən gözəl illərindən biri idi. Bu illər mənə unudulmaz anlar, dəyərli dostluqlar və sözlə ifadə etməkdə çətinlik çəkdiyim duyğular bəxş etdi.

Bu yolda yanımda olan komanda yoldaşlarıma, məşqçilərimə və mənə inanan hər kəsə ürəkdən təşəkkür edirəm. Ən böyük təşşəkür isə hər zaman dəstəyini hiss etdiyim azarkeşlərimizədir. Sevincimizi də, çətin anlarımızı da birlikdə yaşadıq. Milli forma ilə keçirdiyim illərə qürurla və minnətdarlıqla baxıram. Hər şey üçün təşəkkür edirəm".

Qeyd edək ki, Azərbaycan millisinin noyabrın 16-da Andorra ilə keçirəcəyi yoxlama oyunu Emin Mahmudov üçün yığmada sonuncu matç olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30