6 Noyabr 2026, Cümə
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu

Digər idman növləri

AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) "10ların təbəssümü" layihəsi çərçivəsində 8 Noyabr - Zəfər Günü münasibətilə qazi övladları üçün bayram tədbiri təşkil olunub.

Futbolxeber.az saytına bu barədə agentliyin mətbuat xidmətindən bildirilib.

AMADA-nın təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində agentliyin icraçı direktoru Təhminə Tağı-zadə çıxış edib. O, Zəfər Gününün xalqımızın qəhrəmanlığını, birliyini və milli qürurunu təcəssüm etdirən əlamətdar gün olduğunu vurğulayıb.

Tədbir çərçivəsində uşaqlara təmiz idman dəyərləri, idmanda dürüstlük və ədalət prinsipləri, eləcə də dopinqin və narkomaniyanın insan sağlamlığına, həyatına və gələcəyinə mənfi təsirləri barədə məlumat verilib.

Tədbirin əyləncəli hissəsində isə uşaqlar virtual reallıq dünyasına səyahət edərək, maraqlı və unudulmaz anlar yaşayıblar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30