6 Noyabr 2026, Cümə
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi

Digər idman növləri

Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak

Azərbaycanın cüdo millisi noyabrın 13-dən 15-dək Xorvatiyanın paytaxtı Zaqrebdə Qran-pri turnirində iştirak edəcək.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına reytinq xalları verən yarışda Azərbaycan 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunacaq. Təmsilçilərimiz 9 çəki dərəcəsində mübarizə aparacaqlar.

Kişilərdən ibarət milli komandaya böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, qadınlardan ibarət yığmaya isə baş məşqçi Amina Abdellatif rəhbərlik edəcəklər.

Dünya Cüdo Turuna daxil olan Zaqreb Qran-prisində 70 ölkədən 515 idmançı (314 kişi, 201 qadın) tatamiyə çıxacaq.

Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+78 kq) qüvvələrini sınayacaqlar.

Kişilər arasında isə Murad Muradlı (60 kq), Turan Bayramov, Nizami İmranov (hər ikisi 66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi 73), Vüqar Talıbov (90 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kq) qalib olmağa çalışacaqlar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30