7 Noyabr 2026, Şənbə
U-21 millimizin heyəti açıqlandı
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi

Ölkə futbolu

Qurban Qurbanov: "Bu, onların haqqı idi”

"Qarabağ" Azərbaycan Premyer Liqasının XI turunun oyununda "Azersun Arena"da "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Xalqımızı Zəfər günü münasibətilə təbrik edirəm. Oyuna gəldikdə, daha yaxşı ola bilərdik. Qalib gəlmək istəyirdik. Ümumən futbolçuların məsuliyyətindən və oyuna yanaşmasından razı qaldım. Yaxşı müdafiə olunan və sürətli əks-hücumlar quran bir kollektivə qarşı oynayırdıq. Rəqibə qapımızda yüz faizli qol epizodu yaratması üçün şərait yaratmadıq. Autdan sonra top bizə keçdi, sonra onlara, nəticədə qol oldu. Yəqin bu, onların haqqı idi. Rəqibi təbrik edirəm. "Turan Tovuz" bir neçə turdur inamlı təsir bağışlayır. Yolumuza davam edəcəyik. Texniki çatışmazlıqlar var. Qarşıda milli fasilə olacaq. Bundan faydalanmağa çalışacağıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm.

- "Qarabağ"  qol epizodlarını dəyərləndirə bilmir. Bu, problemdir?

- Hər ad vermək olar. Daha diqqətli olmaq lazımdır. Bəxtsizlik demək istəmirəm. Futbolçular daha dəqiq və soyuqqanlı olmalıdırlar. Əvvəllər də demişdim ki, bir-birimizi tamamlamaqda çatışmazlıqlar var. İstənilən rəqib liderlərə qarşı daha yığcam, daha sağlam müdafiə olunur. Bu, onların qarşılarına qoyduğu ilk oyun fəlsəfəsidir. Belə rəqibə qarşı yaxşı hücumlarımız oldu. Hər bir halda hücum xəttində ustalığı yaxşılaşdırmaq lazımdır.

- Uzun müddətdir "Azersun Arena"da oynamırdız. Məğlubiyyətin səbəblərindən biri də stadionun dəyişməsi ola bilər?

- Xeyr, deməzdim. Burada dəfələrlə oynamışıq, bizim doğma arenamızdır. "Turan Tovuz"a Tofiq Bəhramov adına Respublika Stadionunda da məğlub olmuşuq. Bu, futboldur. Pozitiv şəkildə önə baxmaq lazımdır.

- Futbolçuların bir-birinə uyğunlaşma prosesinin bu qədər uzun çəkəcəyini gözləyirdiz?

- Bəlkə də gözləmirdim. Amma yaxşı hisslər var. Yeni futbolçular artıq özlərinə gəlməyə başlayırlar. Zədəli futbolçularımız da olmuşdu. Son vaxtlar pozitiv oyun görürəm. Düzəltməyə çalışacağıq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30