6 Noyabr 2026, Cümə
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu

Ölkə futbolu

AFFA 8 komandaya texniki məğlubiyyət verdi

Aşağı yaş qrupları üzrə liqalarda keçirilən oyunlarda baş verən qayda pozuntularına görə 8 komandaya texniki məğlubiyyət verilib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Gənclər Liqasında noyabrın 1-də keçirilən "İmişli" - "Lion" oyununda qonaq komanda matçın 29-cu dəqiqəsində meydanı tərk etdiyi üçün onlara texniki məğlubiyyət verilib, hesab olduğu kimi saxlanılıb.

U-14 Liqasında oktyabrın 31-də keçirilməsi nəzərdə tutulan "Ağdam" - "Aran" (Beyləqan) matçına meydan sahibləri, "Füzuli" - "Zəfər" (Bərdə) görüşünə isə qonaqlar təyin olunmuş vaxtda gəlmədiklərinə görə 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıblar.

Noyabrın 1-də keçirilməli olan "Qafqaz Arena" – "Zəfər" və "Şamaxı" – "Çinar" (Göyçay) qarşılaşmalarında isə "Zəfər" və "Çinar" komandaları oyuna çıxmaqdan imtina etdikləri üçün onlara 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasında oktyabrın 31-nə təyin olunan "Universal Football Academy" – "Məhəllə Uşaqları" (Sumqayıt) matçına təyin olunmuş vaxtda gəlməyən qonaqlar da eyni şəkildə cəzalandırılıblar.

U-10 Liqasında oktyabrın 31-də keçirilən "Kürdəmir" – "Çinar" (Göyçay) görüşünün 5-ci dəqiqəsində qonaqların heyətində sənədləri düzgün olmayan oyunçu aşkarlandığı və yetərsay olmadığı üçün matç yarımçıq dayandırılıb. Bu səbəbdən Göyçay təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni gündə nəzərdə tutulan "Şamaxı" – "Çərəkə" (Göyçay) matçına vaxtında gəlməyən "Çərəkə" komandası da 0:3 hesablı texniki məğlubiyyətə məruz qalıb








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30