6 Noyabr 2026, Cümə
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi

Digər idman növləri

Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər

Çinin Nankin şəhərində 4–8 noyabr tarixlərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında Azərbaycan gimnastları uğurlu çıxışlarını davam etdirirlər.

Futbolxeber.az saytının məlumatına görə, dünyanın müxtəlif ölkələrindən güclü gimnastların bir araya gəldiyi çempionatın ikinci yarış günündə batut gimnastikası üzrə fərdi proqramda ilk təsnifat mərhələsi baş tutub.

Selcan Mahsudova və Maqsud Mahsudov uğurlu çıxışları ilə növbəti mərhələyə vəsiqə qazanıblar. Selcan Mahsudova 56.390, Maqsud Mahsudov isə 62.180 xal toplayaraq yarımfinala yüksəliblər. Qeyd edək ki, onlar çempionatın ilk yarış günündə qarışıq sinxron proqramda da növbəti mərhələyə keçməyi bacarıblar.

Qeyd edək ki, M.Mahsudov böyüklər yaş kateqoriyasında dünya çempionatında ilk dəfə həm fərdi, həm də kişi sinxron proqramında mübarizə aparır.

Noyabrın 6-da gimnastlarımızı növbəti mühüm mübarizə gözləyir. Batut gimnastikası üzrə kişilərin sinxron proqramında təsnifat və yarımfinal mərhələsi, qarışıq sinxron proqramda yarımfinal, tamblinq üzrə fərdi proqramda ikinci təsnifat mərhələsi, komanda hesabında isə final yarışları keçiriləcək.

Dünya çempionatında medallar uğrunda mübarizəni davam etdirən gimnastlarımız qarşıdakı çıxışlarda da yüksək nəticələr əldə etməyi hədəfləyirlər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30