Futzal
İlk tura baxış: iranlıların axını, ümid verməyən “Araz” LAYİHƏ
Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsi çərçivəsində yazılarını davam etdirir. Sentyabrın son günü futzal üzrə ölkə çempionatında yeni mövsümə start verildi. Budəfəki yazımız məhz 2017/18 mövsümünün açılış turuna həsr olunub.
Sentyabrın 30-da futzal üzrə ölkə çempionatı start götürdü. “Xəmsə”nin istirahət etdiyi açılış turunun oyunları “ABU-Arena”da keçirildi. 3 oyunda qapılara 13 qol vuruldu ki, bu da hər oyuna orta hesabla 4,33 qol deməkdir. Vurulan toplardan 7-si yerlilərin, 6-sı isə əcnəbilərin payına düşüb. Yalnız bir oyunçu - “Neftçi”nin üzvü Meşədi Davud dubl edib. Digər 11 qola isə fərqli oyunçular imza atıb.
“YASAMAL” SONDA TƏSLİM OLDU
Mövsümün açılış oyununda “Neftçi” “Yasamal”la üz-üzə gəldi. Ötən mövsümlə müqayisədə hər iki komandanın heyətində xeyli dəyişiklik olub. Həm “Neftçi”, həm də “Yasamal” iranlı legionerlərlə güclənib. Lakin “Yasamal”dan fərqli olaraq, “ağ-qaralar”ın heyətində təcrübəli oyunçuların olması komandanın çıxışına müsbət təsir göstərir. İstər qapıçı Elnur Zamanov, istərsə də kapitan Rüfət Balakişyev ən çətin anlarda oyunu üzərinə götürməyi bacarırdı. İlk hissədə Davud Məşədi “Neftçi”ni hesabda önə keçirdi. Fasilədən sonra “Yasamal” cavab qolunu vurmağa müvəffəq oldu. 26-cı dəqiqədə “Ağ-qaralar” yenidən önə keçdi. Qalan dəqiqələrdə hər iki tərəf xeyli qol şansı yaxalasa da, uzun müddət hesab arasındakı fərq dəyişmədi. Yalnız son 2 dəqiqədə rəqibi əks-hücumda yaxalayan “Neftçi” yekunda 4:1 hesablı qələbəsini rəsmiləşdirdi.

“ARAZ”IN OYUNU ÜRƏKAÇAN OLMADI
Turun mərkəzi oyununda “Ekol” və “Araz” üz-üzə gəldi. Digər iki matçla müqayisədə bu oyuna maraq daha çox idi. Təsadüfi deyil ki, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov ilk turda məhz bu görüşü arenadan izlədi.
Son illərin dəyişməz çempionu “Araz” cari mövsümün də 1 nömrəli favoritidir. Naxçıvan təmsilçisinə 2 klub başağrı ola bilər ki, onlar da “Ekol” və “Neftçi”dir.
Oktyabrın 11-14-ü aralığında çempionumuz Rumıniyada UEFA kuboku çərçivəsində mübarizə aparacaq. Bu səbəbdən də “Araz” səfərə yollanmamışdan öncə necə təsir bağışlayacağı maraq doğururdu. Hadisələri qabaqlayaraq deyək ki, Alessionun komandası “Ekol”la görüşdə heç də inamlı təsir bağışlamadı. Düzdür, komandanın məsul yarış öncəsi gücünü qoruduğunu iddia edənlər də vardı. Amma yenə də komanda hər zaman öyrəşdiyimiz kimi parlaq təsir bağışlamadı.
“Ekol”la matçda “Araz”ın heyətində 3 yeni legioner də debüt etdi. Maykon De Silva, Karvalho dos Santos və Qabriel Bastosdan gedir. Həmin oyunçuların debütunun parlaq alındığını söyləmək çətindir.
“Ekol”la matçda “Araz” hər hissədə vurduğu 1 qolla 2:1 hesablı qələbəyə sevindi.

DEBÜTANLARIN OYUNUNDA ƏZMKAR QƏLƏBƏ
Turun son matçında 2 debütant “İtaldizayn” və “Marafon” üz-üzə gəldi. Bu komandaların oyununa da maraq böyük idi. Çünki mütəxəssislər hər iki komandanın çempionata rəng qatacağını iddia edirdilər. Bir tərəfdə Ağatahir Əzimov, Rəcəb Fərəczadə kimi təcrübəlilərin yer aldığı “İtaldizayn”, digər tərəfdə isə 5 iranlı legioneri heyətinə qatan, Renat Sultanovun kapitanı olduğu “Marafon”.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə uzun müddət qol vurulmadı. Azarkeşlər yalnız ilk hissənin sonuna 3 dəqiqə qalmış hesabın açılmasına şahidlik etdilər. Elşən İbrahimxəlilov “İtaldizayn”ı önə keçirdi. Lakin fasilədən sonra “Marafon” oyunda dönüş yaratmağı bacardı. Son 4 dəqiqəsində 3 qolun vurulduğu debütantların mübarizəsi “Marafon”un 3:2 hesablı qələbəsi ilə başa çatdı.

İRANLILAR: I DİVİZİONDAN FUTZALA
Ötən mövsüm futbol üzrə Azərbaycanın I divizionun iranlı legionerlərin çoxluğu diqqət çəkirdi. Hətta normal şəraiti olmayan, oyunçularına maaş verə bilməyən kollektivlər də cənubdan olan əcnəbiləri heyətinə qatmışdı. Maraqlıdır ki, ötən il I divizionda müşahidə edilən hal indi də futzal çempionatında yaşanır. Belə ki, ilk turun oyunlarının protokollarına diqqət yetirsək, görərik ki 17 iranlı oyunçunun adına rast gəlmək mümkündür. Belə ki, ilk turda “Neftçi”ni iştirak ərizəsində 4, “Yasamal”da 8, “Marafon”da isə 5 iranlının adı yer alıb.

TURUN OYUNÇUSU...
İlk turda bir neçə oyunçu oldu ki, inamlı oyunları ilə diqqət çəkdilər. Amma ən yaxşı adına “Neftçi”nin üzvü Davud Meşədi Xol daha layiqdir. “Ağ-qaralar”ın 4 nömrəsi istər fiziki göstəriciləri, istər gücü, istərsə də texnikası ilə göz oxşayır. “Yasamal”la matçda meydanın ən yaxşısı olan Meşədi dubl etməklə də komandasının qələbəsində böyük pay sahibi oldu. İranlı legionerin xüsusən birinci qolu baxımlı alındı. Komanda yoldaşının ötürməsini Davud Meşədi birbaşa, havadaca endirdiyi qarşısıalınmaz zərbəylə rəqib qapısından keçirdi.

...KADRI...

...QAYIDIŞI
Çempionatın debütantı "FK. İ.D. Futsal" - "Marafon Futsal" (2:3) matçını izləyənlərin əksəri meydanda Ağatahir Əzimovu görəndə təəccübləndilər. İllərin təcrübəsi, Azərbaycan futzalında öz imzası olan Ağatahir Əzimov yenidən meydana idi. Təcrübəli oyunçu "FK. İ.D. Futsal"ın kapitan sarğısını daşıyır. Meydana start heyətində çıxan Əzimov texnikası, ağıllı ötürmələri ilə cavanlığını xatırlatsa da, sürət o sürət deyildi...
“İNDİKİ CAVANLAR ÖYRƏNMƏK İSTƏMİRLƏR”

Qarşılaşmadan sonra Ağatahir Əzimovla söhbətləşdik. Təcrübəli oyunçu komandasının mövsümə məğlubiyyətlə başlamasına məyus olsa da, suallarımızı cavablandırdı. İlk öncə Əzimov yenidən meydana qayıtmasından danışdı: “Əslində, keçən il də 1-2 oyunda meydana çıxmışdım. Ondan qabaq isə “Fənərbaxça”da oynamışdım. Təbii ki, hazırda əvvəlki səviyyədə oynaya bilmirəm. Bu da normaldır. Hiss edirəm ki, o qədər də sürətli deyiləm. Əvvəl istənilən oyunçudan topu atıb qaça bilirdim. Amma indi alınmır. Ona görə də ancaq pasla oynayıram. Sürətimin zəif olması rəqiblər üçün üstünlükdür. Onlar da topu atıb məndən qaça bilərlər. Çalışıram ki, təcrübəm hesabına buna imkan verməyim”.
Təcrübəli oyunçu cari mövsüm yüksək liqada maraqlı mübarizə gedəcəyinə inanır. Bunu isə iranlı legionerlərin axını ilə əlaqələndirir:
“İlk turdan da görsəndi ki, bu il çempionatın səviyyəsi ötən illə müqayisədə yüksək olacaq. Ötən mövsüm “Araz”la “Ekol” və “Neftçi”ni rahat üstələyirdi. O iki komanda ilə digərləri arasında da kifayət qədər səviyyə fərqi var idi. Ötən mövsüm birinci divizion yüksək liqada daha marqlı idi. Lakin indi vəziyyət dəyişib. Bunu da legioner axını ilə əlaqələndirmək olar. “Araz”ın heyətində braziliyalılar, digərlərində isə iranlı legionerlər çoxdu. Yalnız biz və səhv etmirəmsə, “Xəmsə”nin heyətində əcnəbi yoxdur”.
“Cavanlar Ağatahir Əzimovdan öyrənirlərmi” sualını təcrübəli oyunçu belə cavablandırıb: “Cavanlarımız öyrənmək istəyirlər ki?! (gülür) Öyrənən öyrənir, öyrənməyən də .... Təəssüf ki, səviyyə elə də yüksək deyil, Çünki məktəb, oyunçu yetişdirən yoxdu. Söz də deyirsən, xətirlərinə dəyir”.
Bir müddət əvvəl Ağatahirin səhhətində ciddi problem yaşandığı barədə xəbərlər yayınmışdı. Əzimov bu məsələyə də aydınlıq gətirdi:
“Sadəcə təzyiqim qalxmışdı. Mən də bir neçə iynə vurduğum üçün dərhal düşdü. O vəziyyətdə meydana çıxdım və bu da mənfi təsir göstərdi. Şükür Allaha, ciddi bir problem yoxdur. Hələ ki özümdə oynamağa güc hiss edirəm”.
Hazırladı: İBRAHİM
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
-
19:42
Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib
-
19:15
"Araz-Naxçıvan"da yeni baş məşqçi təyinatı
-
18:30
“Bavariya” “Ayntraxt”ın müdafiəçisi ilə gücləndi
-
17:51
Alleqri rəsmən “Napoli”də
-
17:27
“Qarabağ”dan bu yayın 7-ci transferi
-
17:16
Bakıdakı cüdo üzrə dünya çempionatının rəsmi loqosu təqdim edilib
-
16:48
“Ferentsvaroş”un müdafiəçisi “Qarabağ”ın hədəfində
-
16:03
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
-
15:34
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
-
14:52
Yeni klubu Medinanı təqdim etdi
-
14:29
"Kəpəz"in İdarə Heyətinə yeni sədr seçilib
-
13:47
“Qarabağ”ın yeni transferi Bakıdadır
-
13:31
Avropa çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb
-
13:15
"Şəfa" hazırlığa start verdi
-
12:50
AMADA yeniyetmə idmançılar üçün maarifləndirici tədbir keçirib
-
12:26
Avropa çempionatının kubokunun Bakıda təqdimat mərasimi keçiriləcək
-
12:08
Azərbaycanın 10 atleti Balkan çempionatında mübarizə aparacaq
-
11:43
“Qarabağ”ın hücumçusu “Seltik”in transfer siyahısında
-
11:14
İspaniya Avstriyaya şans tanımadı VİDEO
-
10:52
Millimizin futbolçusu İsrail klubuna icarəyə verildi
-
10:39
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:21
Portuqaliya - Xorvatiya matçında triller VİDEO
-
10:07
DÇ-2026: 1/8 finalın 6 cürü məlumdur
-
09:45
"Neftçi" - "ÇFR Kluj" matçında 3 qol VİDEO
-
23:53
Vernidub: “Növbəti oyunlarda daha fərqli, sürətli və hərəkətli komanda görəcəyik”
-
23:36
Millimiz Lüksemburqa qalib gəldi
-
22:18
“Neftçi” “ÇFR Kluj”a məğlub oldu
-
21:22
"İmişli" yeni baş məşqçisini açıqladı
-
21:09
Andrade qol vurdu, "Sabah"dan böyükhesablı məğlubiyyət
-
20:55
Mustafayev daha 2 il "Sumqayıt"da
-
19:47
"Qarabağ" - "Vestri" oyununun biletləri satışa çıxır
-
18:30
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
17:51
Van Qal "Ayaks"dan getdi
-
17:24
Kazorla karyerasını başa vurdu
-
16:33
"Qəbələ" Səlahət Ağayevlə yeni müqavilə imzaladı
-
16:16
Çimərlik futbolu üzrə millimiz dünya reytinqində neçəncidir?
-
16:02
Beynəlxalq Velosipedçilər İttifaqı: “Bakı-Xankəndi” yarışı böyük potensiala malikdir"
-
15:48
“İmişli”də ayrılıq
-
15:29
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb
-
15:15
Azərbaycanın fiqurlu konkisürmə millisinə daha bir əcnəbi idmançı cəlb olunub
-
14:57
"Kəpəz" Fərid Nəbiyevlə yollarını ayırıb
-
14:00
“Neftçi” sloveniyalı müdafiəçi ilə maraqlanır?
-
13:31
“Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
-
12:46
Bakıdakı UFC turniri sosial mediada 297 milyon baxış toplayıb
-
12:23
"Şəfa" daha bir legioner transfer etdi
-
11:52
“Araz-Naxçıvan” ÇL-nin B yolunda
-
11:18
Adil Şükürov “Sumqayıt” Futbol Akademiyasının direktoru təyin olunub
-
11:00
"Neftçi" Sloveniyada ilk oyununa çıxır
-
10:49
ABŞ 1/8 finala belə yüksəldi VİDEO
-
10:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
03.07.2026
02.07.2026























.jpg.jpeg)