Futzal
V sınaq öncəsi tarixə səyahət: ilk cəhddə IV yer LAYİHƏ
Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsini davam etdirir. Layihəyə Azərbaycan millisinin Avropa çempionatındakı çıxışları ilə bağlı silsilə statistik yazılarla start vermişik. Ötən yazıda yığmamız üçün uğursuz olan seçmə mərhələlərdən söhbət açmışdıq. Sıra artıq qazandığımız uğurlardadır. Budəfəki yazıda Azərbaycan millisinin ilk dəfə 2010-cu ildə qatıldığı Avropa çempionatına gedən yolu, qitə birinciliyindəki çıxışından danışacağıq.
PORTUQALİYADA QAZANILAN TARİXİ UĞUR
Əvvəlki yazıda bəhs etdiyimiz kimi, Azərbaycan millisi tarixindəki ilk dəfə Avropa çempionatına 2010-cu ildə vəsiqə qazanıb. Milli komandamız tarixi uğura 7-ci cəhddə nail olub. Əvvəlki 6 cəhdə seçmə mərhələ yığmamız üçün “keçilməz sədd” olmuşdu. Bütün hallarda da, millimizə yerli məşqçilər rəhbərlik edirdi.
AÇ-2010-un seçmə mərhələsinə millimiz ilk dəfə əcnəbi mütəxəssis - Joze Alesionun rəhbərliyi altında qatıldı.
2009-cu ilin mart ayında Portuqaliyada keçirilən seçmə mərhələ görüşlərində millimizin rəqibləri meydan sahibləri ilə yanaşı, Polşa və Finlandiya kollektivləri idi.
Əvvəlki seçmə mərhələlərdə olduğu kimi, bu dəfə də təqvim komandamız üçün əlverişsiz idi. Belə ki, ilk matçda millimiz Portuqaliya ilə üz-üzə gəlirdi. Güclü rəqiblə səfərdə qarşılaşmaq isə komandamızın işini daha da çətinləşdirirdi. Bununla belə, yığmamız çətin sınaqdan üzüağ çıxmağı bacardı. Düzdür, millimiz pirineyliləri məğlub edə bilmədi. Amma qeydə alınan 3:3 hesabı komandamızın final mərhələsinə yüksəlmək şansını saxlayırdı. Çünki qrupdan ilk 2 yerin sahibi qitə birinciliyinə vəsiqə qazanacaqdı.
Portuqaliya matçdan bir gün sonra - martın 20-də yığmamız Polşa ilə qarşılaşdı. 4:3 hesabı ilə çətin qələbə qazanan millimiz növbəti mərhələ şansını xeyli yüksəltdi. Bunun üçün son turda Finlandiyanı məğlub etmək lazım idi. Martın 22-də keçirilən həmin matçda komandamız finləri 5:1 hesabı ilə məğlub etməklə tarixi uğura imza atdı. Beləliklə, bu, 14 illik həsrətin sonu, Azərbaycan millisinin tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlməsi demək idi.
“PAPP LASLO ARENA”DA BAŞ TUTAN DEBÜT
2010-cu ilin 19-30 yanvar tarixlərində Avropanın ən güclü 12 yığması Macarıstanda bir araya gəldi. Tarixində ilk dəfə qitə birinciliyinə vəsiqə qazanan millimiz püşkün nəticəsinə əsasən “A” qrupunda yer alan millimiz meydan sahibi Macarıstan və Çexiya ilə üz-üzə gələcəkdi.
Qitə birinciliyi Macarıstanın 2 şəhərində - paytaxt Budapeşt və Debretsendə keçirilirdi.
Millimiz ilk oyununda Budapeştdəki “Papp Laslo Arena”da meydan sahibləri ilə qarşılaşdı. 2010-cu ilin 19 yanvarında oynanılan qarşılaşma Azərbaycan millisinin 3:1 hesabı ilə başa çatdı.
2 gün sonra millimiz Çexiya ilə üz-üzə gəldi. Bu dəfə daha asan - 6:1 hesablı qələbəyə sevinən Alessionun yetirmələri vaxtından əvvəl həm qrup birinciliyini, həm də növbəti mərhələyə vəsiqəni təmin etdi.
2 DƏFƏ HESABDA GERİ DÜŞSƏK DƏ...
1/4 finalda millimizin rəqibi “B” qrupunun ikincisi Ukrayna idi. 2010-cu ilin 25 yanvarında Budapeştdə keçirilən görüş yığmamız üçün uğursuz başladı. Artıq ilk dəqiqədə rəqib qapımıza yol tapdı. Lakin 1 dəqiqə sonra hazırda millimizin kapitanı olan Rizvan Fərzəliyev hesabı bərabərləşdirdi. 10 dəqiqənin tamamında Ukrayna yığması ikinci dəfə millimizi meydanın mərkəzinə dəvət etdi. İlk hissənin sonuna yaxın Tyaqo növbəti dəfə ukraynalıları məyus etdi. Fasilədən sonra üstünlüyü ələ alan Azərbaycan yığması hazırda millimizin baş məşqçisi olan Biro Jadenin qolu ilə matçda ilk dəfə hesabda önə keçdi. Amma bu qol qələbə üçün kifayət etmədi. 33-cü dəqiqədə Kondratyuk görüşün yekun nəticəsini müəyyənləşdirdi. Yekunda hər şey penaltilər seriyasında həll olundu. Millimizin heyətində Serjao, Tyaqo, Biro Jade və Fərzəliyevin zərbəsi qol oldu. Ukrayna yığmasının isə yalnız ilk 2 zərbəsi dəqiq olduğundan penaltilər seriyasında 4:2 hesablı qələbə qazanan millimiz ilk dəfə qatıldığı Avropa çempionatında yarımfinala adladı.
1 XALLI YARIMFİNALÇI
Yarımfinalda Azərbaycan millisinin rəqibi Portuqaliya yığması idi. Maraqlıdır ki, “D” qrupunda yer alan Piriney təmsilçisi 1/4 finala cəmi 1 xalla yüksəlmişdi. İspaniyaya uduzan Portuqaliya, Belarusla da heç-heçə etmişdi. Həm Portuqaliya, həm də Belarus qrup mərhələsini 6 qol vurmaqla 1 xalla tamamlanmışdı. Yalnız topların daha yaxşı fərqinə görə (Belarus -8, Portuqaliya -5), portuqaliyalılar mübarizəni davam etdirmək hüququ qazanmışdılar. 1/4 finalda isə Portuqaliya “C” qrupunda Rusiyanı qabaqlamaqla birinci olan Serbiyanı 6:1 hesabı ilə darmadağın etmişdi.
YENƏ PORTUQALİYA, YENƏ 3:3
Azərbaycan - Portuqaliya görüşü 2010-cu ilin 28 yanvarında Debretsendəki “Feniks Arena”da keçirilirdi. Matça millimiz fəal başladı. Artıq 7-ci dəqiqədə Tyaqo hesabı açdı. Lakin komandamızın sevinci çox çəkmədi. 2 dəqiqə sonra Portuqaliya status-kvonu bərpa etdi. 17-ci dəqiqədə Felipenin qolu ilə millimiz ilk yarını hesabda öndə bitirdi. İkinci hissədə isə hər şey 2 dəqiqə ərzində baş verdi. Əvvəlcə 27-ci dəqiqədə portuqaliyalılar ikinci dəfə hesabı bərabərləşdirməyə nail oldular. 28-ci dəqiqədə isə hər komanda 1 qol vurdu. Yığmamızdan Biro Jade, rəqibdən isə Pedru Koşta adını tabloya yazdırdı. 1/4 finalda olduğu kimi, yarımfinalda da oyunu 3:3 hesabı ilə yekunlaşan millimizin taleyi penaltilərdə həll olunacaqdı. Millimizdən Serjao, Biro Jade və Fərzəliyevdən fərqli olaraq, Tyaqo şansını boşa verdi. Beləcə penaltilər seriyasında 3:5 uduzan millimiz Avropa çempionatının finalına yüksələ bilmədi.
Maraqlıdır ki, seçmə mərhələdə olduğu kimi, final mərhələsində də Azərbaycan - Portuqaluya matçı 3:3 hesabı ilə tamamlandı.
BÜRÜNC DƏ ƏLDƏN ÇIXDI
III yer uğrunda görüşdə millimiz tanış rəqiblə qarşılaşırdı. Söhbət qrup mərhələsində 6:1 hesabı ilə darmadağın etdiyimiz Çexiya millisindən gedir. Qrup ikincisi kimi 1/4 finala adlayan çexlər bu mərhələdə sürpriz şəkildə çempionatın əsas favoritlərindən olan İtaliyanı mübarizədən kənarlaşdırmışdı. Yarımfinalda isə çexlər İspaniyaya heç bir müqavimət göstərə bilməmişdilər - 1:8.
Bürünc medal uğrunda Azərbaycan - Çexiya görüşü yanvarın 30-da keçirildi. “Feniks Arena”dakı matça fəal başlayan çexlər artıq ilk dəqiqədə millimizi məyus etdilər. Lakin çox keçmədən Vitali Borisov hesabı bərabərləşdirdi. 18-ci dəqiqədə Serjaonun vurduğu qol sayəsində Azərbaycan millisi ilk yarını hesabda öndə tamamladı.
İkinci hissəyə çexlər üstün başladılar. 23-cü dəqiqədə hesab bərabərləşdi. 25-ci dəqiqədə isə Rizvan Fərzəliyevin avtoqlu sayəsində Çexiya yığması ikinci dəfə hesabda önə keçdi - 3:2. Təxminən 10 dəqiqə ərzində bərabər səviyyədə keçən görüşün taleyi son 5 dəqiqədə həll olundu. 35-ci dəqiqədə Novotnı millimizin qapısına 4-cü qolu vurdu. Rəcəb Fərəczadə az sonra fərqli azaltmaqla millimizi ümidləndirsə də, sona 1 dəqiqə qalmış boş qapını dəqiq nişan alan Kopetski Azərbaycan yığmasının ümidlərini üstündən xəttə çəkdi. 3:5 hesablı yenilgi ilə millimiz bürünc medal qazanmaq şansını da boşa verdi. Beləcə, Azərbaycan yığması ilk dəfə qatıldığı Avropa çempionatında IV yeri tutdu. Debütant üçün bu nəticə pis hesab olunmasa da, komandamız nəinki bürünc medal qazana, hətta bir qədər bəxti gətirsəydi, finala da yüksələ bilərdi.
"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- “Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- “Neftçi” Qraviyonla müqavilə imzaladı, növbədə daha iki legioner var
- “Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurdu
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- “Neftçi”nin rəqibləri müəyyənləşdi
-
13:00
“Neftçi” yenilənmiş saytını istifadəyə verib
-
12:46
"Neftçi"yə lazım olmadı, Serbiya klubuna keçdi
-
12:18
"Rakuv" Mahirin adını Konfrans Liqası üçün sifariş edə bilmədi
-
11:32
Belçika millisinin yeni baş məşqçisi müəyyənləşdi
-
10:53
ÇSKA-nın müdafiəçisi: “Qarabağ”la oyunda heç-heçə məğlubiyyət kimidir”
-
10:35
“Neftçi”nin qadın komandası Çempionlar Liqasında mübarizəyə başlayır
-
10:21
"Fənərbaxça"nın qələbəsi VİDEO
-
10:07
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan UEFA reytinqi İsrailə bir qədər də yaxınlaşıb
-
09:30
“Neftçi” Minsk “Dinamo”sunu qəbul edir
-
21:25
Erməni güləşçilər Bakıya gəlir
-
21:00
“Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
-
19:46
"Dinamo"nun baş məşqçisi: "Məqsədimiz növbəti mərhələyə adlamaqdır"
-
19:18
Futzal millimizin oyunlarının təqvimi açıqlandı
-
18:33
"Zirə" "Göztəpə"nin sabiq hücumçusunu transfer etdi
-
17:02
Azər Məmmədov: “Oyunçular özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar”
-
16:29
"İmişli" gücünü "Qarabağ"ın əvəzedicilərinə göstərdi
-
15:53
Yuri Vernidub: “Sabahkı oyundan öncə kartlarımı niyə açım?”
-
15:32
Emin Mahmudov: “İndi “Braqa” barədə düşünmürük”
-
15:14
“Qəbələ” nigeriyalı vinger transfer etdi
-
14:41
Belarus klubu yeni transferini İçərişəhərdə təqdim etdi
-
14:00
“Qarabağ”ın yenilənmiş iştirak ərizəsini UEFA-ya göndərdi
-
13:27
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
-
12:58
"Karvan-Yevlax" Orxan Sadıqlını heyətinə qatıb
-
12:36
Cavid Hüseynov: “Nəticə yox, meydanda görəcəyimiz iş vacibdir”
-
12:13
Toral oynadı, “Bursaspor” qalib gəldi
-
11:42
Stiv Beusnard “Turan Tovuz”da
-
11:05
“Sabahın Ulduzları”, xoş gəlir avazları
-
10:29
"Araz-Naxçıvan" braziliyalı legionerlə yeni müqavilə imzaladı
-
09:54
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:31
ÇSKA Bakıya xal itkisi ilə gəlir
-
19:49
“Kəpəz” - “Şamaxı” matçında heç-heçə
-
19:07
Qazax şəhərində avarçəkmə tədbiri keçiriləcək
-
18:22
“Karvan-Yevlax” qapıçı transfer etdi
-
17:51
Qazaxda velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək
-
17:15
“Səbail”in sabiq legioneri "Şəfa"ya keçdi
-
16:34
Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
-
16:00
Hacı Əliyev: “Dünya çempionatında hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm”
-
15:48
Yamaykalı vinger rəsmən "Zirə"də
-
15:23
"Qarabağ"ın da potensial rəqibi bəlli oldu
-
15:09
Prezident İlham Əliyevdən İspaniyaya təbrik
-
14:57
Finlandiya çempionu Bakıdadır
-
14:38
Səfir: "Kriket insanlararası əlaqələrin möhkəmlənməsinə töhfə verə bilər" FOTOLENT
-
14:21
ÇL: "Sabah"ın III mərhələdəki potensial rəqibi müəyyənləşdi
-
13:54
"Turan Tovuz" üçün yeni rəqib
-
13:15
Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək
-
13:00
Emrelinin “Rakov”da ilk seçimi
-
12:43
“Araz-Naxçıvan”dan ayrılan legioner vətəninə qayıtdı
-
12:28
Azərbaycan avarçəkənləri Avropa çempionatına qatılacaqlar
-
12:06
Mbappe bunu bacaran ilk futbolçu oldu
22.07.2026
21.07.2026
20.07.2026























