Ölkə futbolu
Ayxan Abbasov: “Sabah qalib gəlmək istəyirik”
Azərbaycan milli komandası sabah yoldaşlıq oyunu çərçivəsində Bakıda Tacikistan yığması ilə qarşılaşacaq.
Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bizi qarşıda 4 oyun gözləyir. Milli səviyyəsində ilk dəfədir qısa vaxtda ardıcıl 4 oyun olacaq. Heyəti geniş etdik. Rəqib 2026-cı ildə uduzmayıb. Futbolçularımızın bəziləri komandaya gec qoşuldu. 4-5 oyunçu var ki, bu gün ilk məşqini keçirəcək. Legionerlərimiz gec gəldi. Anton Krivotsyuk və Cəlal Hüseynov məşqdə iştirak etməyiblər. Buna baxmayaraq, ümumi planımız var. Tək bu oyunu yox, 4 oyunluq plan tutmuşuq. Sabah qalib gəlmək istəyirik. Rotasiyalı heyətlər olacaq. Yenilər var, istəyirik ki, onlar da millini hiss etsinlər. Tacikistanla matçdan sonra 3 ağır oyun olacaq. Sabah hazırlığımızı bu oyunlara görə quracağıq. İnanıram ki, meydanda olan hamı əlindən gələni edəcək. Sabah qalib gəlmək istəyirik.
- Rəqib kimi Tacikistan yığmasını seçməyinizin səbəbi nədir? Litva və Lixtenşteynlə oxşarlıqları var?
- Yoldaşlıq görüşləri məcburdur. Biz D Liqasındayıq. Lixtenşteyn Litva ilə qarşılaşacaq, boş rəqib tapmaq olmur. Məcburuq Asiya ölkələrinə üz tutaq. Bakıya gəlməyə razılıq verdilər. Bir-birimizə yaxınıq. Lixtenşteyn, Litva bir az fərqli komandadır. Yaydakı toplanışda da rəqibləri qrupumuzdakılara görə seçmişdik, Malta və San-Marinonu... Nə qədər müqayisə etsək də, eyni olmur. Bizə lazımdır ki, belə komandalara qarşı matçlarda oyunumuzu artıraq. Qol epizodlarımız çoxdur, istifadə edə bilmirik. Millimizə güvən lazımdır.
- Komanda fiziki planda ardıcıl 4 oyuna nə qədər tab gətirə biləcək? Bu matçların cəmi birinin səfərdə olması üstünlükdür?
- Bəli, bir oyunun səfərdə olması üstünlükdür. 5 saat yarımlıq uçuş var. Bunu bir aydır təhlil edirik. Klublarında daim oynayanlara çox yük düşəcək. Mahir Emrelinin komandası avrokuboklarda çıxış edirdi, təxirə salınmış oyunları var. Bir aya 10-12 oyun edir. Bu da futbolçunun zədələnməsi ehtimalını çoxaldır. Rəhman Daşdəmirov, Rüfət Abbasovu da qeyd etmək olar. Onları rotasiya etməyi fikirləşirik. Ona görə də fərqli heyətlər olacaq. Çalışacağıq ki, düzgün seçim edək. Elə oyunçu olacaq ki, 4 matçda da meydana çıxacaq. Çünki komandanın sütunları var.
- Nəriman Axundzadənin hazırlıq durumu qənaətbəxş olmadı ki, U-21 yığmasına yollandı?
- Bütün futbolçular nəzarətdədir. Sevindik ki, Nəriman Super Liqaya gəldi, ABŞ-də daha az şans qazanırdı. Yay toplanışında özü də xoşbəxt olmadığını demişdi. "Ərzurumspor"da şans qazanmır. Səbəb bəlli deyil. Özü ilə də danışırıq. Məşqlərdə maksimumunu qoyur. Təəssüf ki, başqa çempionatlarda yanaşma fərqlidir, öz mövqeyində gərək yerlidən iki baş güclü olasan. Bizdə isə tam fərqlidir. Nəriman oynamalıdır. Üzərində işləyir. Son matçlarda bir dəqiqə belə oynamayıb. Qərara gəldik ki, U-21-də olsa, daha yaxşı olar, özünə gələr.
- Martda Şahruddini zədəli halda çağıranda demişdiz ki, komandanın kapitanı və lideridir. Amma indi sağlamdır, dəvət etməmisiz. Nə dəyişdi ki, dəvət etmədiniz? Səlahət Ağayev deyib ki, dəvət almamağımda kənar amillər var. Rəvan Mirzəmmədov Səlahətdən güclüdür?
- Adlara toxunsaq, hərənin öz namizədi olacaq. Emil Balayev "Neftçi"də, Aydın Bayramov "Zirə"də əsas heyətdə çıxış edir. Rəvan isə perspektivli gəncdir, "Sabah"ın heyətində 2 oyunda çox yaxşı çıxış edib. Şahruddin millimiz üçün önəmli qapıçıdır, ən yaxşı qapıçıdır. Amma biz onu zədəli olanda yoldaşlıq görüşləri üçün çağırmışdıq. Digər futbolçuları da milliyə qazandırmaq istədik. Fikirləşirdik ki, Şahruddinə çempionatda şans veriləcək. Təəssüf ki, olmadı. O da milli karyerasını fikirləşməlidir.
Səlahət çox yaxşı insandır, peşəkardır. Səlahəti bir neçə ildən sonra milliyə qaytaran biz olmuşuq. 5-6 il milliyə dəvət olmamışdı. Ancaq biz "Qəbələ"dən dəvət etdik. Həmin vaxt "Qəbələ" son pillələrdə gedirdi. Ancaq biz ona şans verdik. Səlahət yenə də siyahımızda idi. Amma gənclərə də yol açmaq lazımdır. Həmişə danışanda deyirik ki, millidə gənclərə yol açmalıyıq. Oruc Məmmədov, Edqar Adilxanov kimi yeni oyunçular tapmaq lazımdır. Millini hiss etməlidirlər. Rüfət Abbasovu hamımız tərifləyirik, amma onun keçdiyi yola baxmalıyıq.
- Mahir Emrelini izləmək üçün Polşaya gedəndə sizə reaksiyalar fərqli oldu. Bunu gözləyirdiz?
- Bizdə nə etsən, yaxşı mənada reaksiyalar olur. Hərdən fikirləşirsən ki, nə edim? Millinin məşqçisi iki yerdə işləyəndə deyirlər ki, vaxt çatdırmırsan milliyə. İşini görürsən, futbolçunu izləməyə gedirsən, deyirlər ki, gəzməyə gedib. Sanki Avropanı görməmişik. Hansı komandalara getmişiksə, orada futbolçuya fikir dəyişib. Polşa olduq, klub prezidenti ilə görüşdük, Mahir haqda onlardan o sözləri eşitmək məni sevindirirdi. Mahiri komandanın lideri olacağına inandırıblar. Onu gələcəkdə birdəfəlik almaq istəyirlər. Digər oyunçular haqda bizdən soruşdular. Burada pis bir şey yoxdur. "Bursaspor"da da olduq. Toraldan çox şey gözləyirlər, adaptasiya gedir. Bu işimizdir, etməliyik.
- Lakin Toral Bayramov "Bursaspor"da çox oynamır...
- Əslində, başqa təklifləri var idi. Amma "Bursaspor"u seçdi. Onu da orada izləmişik. Məsələn, son matçda 37 dəqiqə oynadı, iki dəfə baxmışam oyuna. Nəyə görə 37-ci dəqiqədə onu əvəzlədilər? İki legioneri dəyişib, iki yerli oyunçu buraxdılar meydana. Bəlkə öz millətlərinə qarşı sevgi daha çoxdur. Toral milliyə həvəsli gəlib, bizim üçün dəyərli oyunçudur.
- Litva millisinin baş məşqçisi Edqaras Yankauskas deyib ki, Azərbaycanda prioritet klub futboludur, milli komandaya çox təzyiq yoxdur. Bunu da legioner limiti ilə əlaqələndirib. Razısınız bu fikirlə?
- Oxudum fikrini. Azərbaycanda milliyə təzyiq yoxdur deyib. Halbuki bizdəki təzyiqin heç yarısı Litvada yoxdur. Bir çox ölkələri qeyd etmək olar ki, milliyə fikir vermirlər, büdcələr o deyil. Biz də bunun bəhrəsini görmüşük. Hər il Çempionlar Liqasında komandamız çıxış edir, böyük klublar Azərbaycana gəlir. Litva və ya başqa ölkələrin klubları bu nəticələri əldə edə bilmirlər. O mövqedən yanaşır ki, bizim çempionatda yaxşı oyunçular var. Çempionatımızın yaxşı görünməməsinin səbəbi stadionlar, işıqlar və azarkeşdir. Polşa liqasına baxırıq. Klub deyir ki, polşalı oyunçu transfer edə bilmirik, Avropaya getmək istəyirlər. Gəncədəki oyuna televiziyadan baxsanız, "Kəpəz"in kimlə oynadığı yazılmasa, başqa matç kimi görünə bilər. Bunun üzərində çalışmaq lazımdır ki, bizim liqa da daha yaxşı olsun.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- VII turun hakim təyinatları
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- “Səbail” qələbəni əldən verdi
- Fətiyev bürünc medal qazandı
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
16:03
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
07.11.2026
06.11.2026
























